• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün498
mod_vvisit_counterDünən1973
mod_vvisit_counterBu həftə2471
mod_vvisit_counterBu ay34803
mod_vvisit_counterÜmumi2502068

Tarix: 23 Apr., 2024

Sədərək rayonunda “Yay məktəbi” adı altında tədbirlər keçirilir

Bu gün Sədərək​ Rayon Uşaq-Gənclər Yaradıcılıq ​Mərkəzində ​“Oxunması zəruri olan kitablar”ın mütaliəsi haqqında onlayn müzakirə keçirilib. Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi müzakirədə mərkəzin dərnək rəhbəri Yaşar Hacıyev şagirdlərə oxunması zəruri olan kitablar haqqında geniş məlumat verib və şagirdləri maraqlandıran suaları cavablandırıb.

Həmçinin dünən Sədərək​ Rayon Təhsil Şöbəsi, Naxçıvan Muxtar Respublikası Hava və Ekstremal İdman Növləri Federasiyasının yerli bölməsi və Sədərək Rayon Uşaq Gənclər İdman Məktəbinin  birgə təşkilatçılığı ilə məktəblilər arasında velosiped yarışı üzrə rayon birinciliyi keçirilib.

5 km məsafədə keçirilən birincilikdə Təhsil Şöbəsi, Hava və Ekstremal İdman Növləri Federasiyasının yerli bölməsinin  əməkdaşları, ümumtəhsil məktəblərinin 22-yə yaxın yuxarı sinif şagirdləri və İdman məktəbinin məşqçı müəllim və şagirdləri iştirak edib. Tədbirdə çıxış edən Uşaq Gənclər İdman məktəbinin direktoru Nizami Bağırov şagirdlərə yarışın keçirilməsi haqqında geniş məlumat verib. Sonda qaliblər təşkilatçılar tərəfindən diplomla mükafatlandırılıblar.

Qeyd edək ki, avqustun 4-də Sədərək Rayon​ Uşaq Gənclər Yaradıcılıq Mərkəzində “1 avqust-Azərbaycan əlifbası və Azərbaycan dili günü” ilə əlaqədar olaraq onlayn şeir müsabiqəsi keçirilmişdir. Təhsil Şöbəsinin əməkdaşları, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəyinin üzvüləri və ümumtəhsil məktəblərinin şagirdlərinin iştirak etdiyi müsabiqəsidə münsiflər heyətinin yekun qərarına əsasən I yerə Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin Bədii qiraət dərnəynin üzvü Sevgi Abdullazadə, ​II yerə Heydərabad qəsəbə tam orta məktəbin IV sinif şagirdi Aliyə Zalova, III yerə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin IV sinif şagirdi Fatimə Məmmədhəsənova layiq görülmüş, qaliblər təşkilatçılar tərəfindən diplomla mükafatladırılmışdır.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası

Təhsil Nazirliyinin mətbuat xidməti


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg