• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün945
mod_vvisit_counterDünən908
mod_vvisit_counterBu həftə3826
mod_vvisit_counterBu ay36158
mod_vvisit_counterÜmumi2503423

Tarix: 24 Apr., 2024

Dram müsabiqələri şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında mühüm rol oynayır

Məlumdur ki, müstəqil, yaradıcı gənclər tərbiyə etmək məktəb qarşısında duran mühüm vəzifələrdəndir. Danılmaz faktdır ki, qabiliyyətli, istedadlı şəxslər cəmiyyətin aparıcı qüvvələridir. İstedad, demək olar ki, hər bir böyüyən yeniyetmədə var. Ancaq hər bir şagirdin qabiliyyətini düzgün müəyyənləşdirməklə, inkişafına düzgün istiqamət verməklə bu istedadın üzə çıxarılması və inkişaf etdirilməsi məhz məktəbdə başlanır. Daha doğrusu, şagirdlərin həyata, əməyə və yaradıcılığa hazır olmalarının əsası, təməli ümumtəhsil məktəblərində qoyulur. Buna görə də şagirdləri sərbəst yaradıcılıq fəaliyyətinə cəlb etmək və onlarda aşkar və ya gizli olan potensialı üzə çıxarmaqda keçirilən müsabiqə və layihələrin rolu böyükdür.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi müxtəlif müsabiqə və layihələr təşkil etməklə məktəblilərin yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması istiqamətində mühüm işlər görür. Hazırda təhsilalanların istedadının, qabiliyyətinin məhz hansı sahəyə uyğun olduğunu müəyyən etmək və şagirdlərin xüsusiyyətlərini nəzərə alaraq onların yaradıcılıq qabiliyyətini üzə çıxarmaq məqsədilə muxtar respublikanın bütün ümumtəhsil məktəblərinin şagirdlərinin, eləcə də məktəbdənkənar tərbiyə müəssisələrinin dərnək üzvlərinin cəlb olunduğu müxtəlif tədbirlər keçirilir. “Tariximizi qoruyaq və yaşadaq” aksiyası, “Naxçıvanımızı tanıyaq”, “Məktəblilərin dram müsabiqəsi”, “Təsviri və dekorativ-tətbiqi sənət müsabiqəsi”, “Mütaliə aylığı”, “Sabahın tədqiqatçıları”, “İnnovativ dərnəklər” kimi layihələr və müsabiqələr, həmçinin mütəmadi olaraq təşkil edilən inşa yazı, şeir, rəsm müsabiqələri şagirdlərin istedad və bacarıqlarının üzə çıxarılmasında mühüm rol oynayır.

Hazırda məktəbdənkənar təhsil müəssisələrində innovativ dərnəklərin fəaliyyəti şagirdlərin böyük marağına səbəb olmuşdur. Bu tədris ilində ilk dəfə olaraq məktəblilər arasında innovativ dərnəklər üzrə “Xətt izləyən robot”, “Mental-aritmetika”, “Memarlıq-dizayn”, “Robotunu yarat” müsabiqələri keçirilmişdir.

İstedadlı şagirdləri üzə çıxarmaq və onlardakı bu qabiliyyəti inkişaf etdirmək məqsədilə təşkil edilən müsabiqələr içərisində “Məktəblilərin dram müsabiqəsi” muxtar respublika məktəbliləri arasında həm maraq dairəsinə, həm də şagird cəlbinə görə seçilən müsabiqələrdəndir. Dram müsabiqəsi 2019-2020-ci tədris ilindən başlayaraq Naxçıvan Muxtar Respublikasının Təhsil və Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə keçirilir. Müsabiqə muxtar respublikanın bütün ümumtəhsil məktəblərini və məktəbdənkənar tərbiyə müəssisələrini əhatə edir. Dram müsabiqəsinin təşkil edilməsi şagirdlərdə yaradıcılıq qabiliyyətlərinin üzə çıxarılması ilə yanaşı, onlarda mütaliə mədəniyyətinin formalaşmasına, dünyagörüşlərinin zənginləşməsinə də müsbət təsir edir.

Ümumiyyətlə dram müsabiqələri şagirddə bir çox qabiliyyətləri - düzgün tələffüz, nitq qabiliyyəti, səhnə mədəniyyəti, aktyorluq qabiliyyətini üzə çıxarır və formalaşdırır. Bu müsabiqə şagirdin öz istedadını üzə çıxarmasına, eləcə də şagirdləri araşdırmağa, tədqiqatçılığa cəlb etməklə daha çox informasiya və bilik qazanmasına imkan yaradır. Şagirdlər hazırlıq çərçivəsində daha uyğun səhnəni seçmək məqsədilə əsərlə tanış olur, verilmiş əsərləri daha yaxşı mənimsəyir, nitqini, auditoriya qarşısında özünü ifadə etmək bacarıqlarını təkmilləşdirir. Dram müsabiqələrində iştirak edən şagirdlər müsabiqənin şərtlərinə görə bir sıra meyarlar əsasında qiymətləndirilirlər. Sonda qalib olmaq uğrunda gedən mübarizədə həm kollektiv şəkildə, həm də fərdi qaydada xüsusi aktyorluq bacarığı ilə seçilən şagirdlər qiymətləndirilir.

Cari tədris ilinin yanvar ayından başlanan müsabiqə üç mərhələdə aparılır. Birinci məktəbdaxili seçim mərhələsində muxtar respublika üzrə 176 məktəb və məktəbdənkənar tərbiyə müəssisələri üzrə 1400 şagird iştirak etmiş, onlardan 155 məktəb və məktəbdənkənar tərbiyə müəssisələri üzrə 1116 şagird müsabiqənin ikinci şəhər (rayon) mərhələsində iştirak hüququ qazanmışdır. II mərhələdə mübarizə aparan səhnələr arasında şəhər, rayon və Təhsil Nazirliyinə birbaşa tabe məktəb və məktəbdənkənar tərbiyə müəssisələrinin hər biri üzrə birinci yerləri tutan səhnələr müsabiqənin üçüncü muxtar respublika mərhələsində mübarizə aparacaqlar. Beləliklə aprelin 8-də keçiriləcək son mərhələdə ən yaxşı 10 məktəb üzrə 106 şagird öz qabiliyyətini nümayiş etdirəcək.

Dram müsabiqələrinin təşkili şagirdlərin ədəbiyyata olan marağının artırılmasına, eyni zamanda şagirdlərdə yaradıcı təfəkkürün inkişafına geniş şərait yaradır.

Şagirdlərin böyük həvəslə bu müsabiqələrdə rəqabət aparması məktəblilərin bu müsabiqəyə olan marağından xəbər verir. Ötən illərlə müqayisədə şagirdlərin təşkil edilən müsabiqə və layihələrə meyl və marağının daha da artdığının şahidi oluruq. Bu isə muxtar respublikada həyata keçirilən məktəb quruculuğunun, uşaqlarda olan bacarıqların üzə çıxarılması üçün onlara yaradılan hərtərəfli şəraitin bəhrəsidir.

Ülviyyə HACIYEVA

Naxçıvan Muxtar Respublikası Təhsil

Nazirliyinin mətbuat və ictimaiyyətlə

əlaqələr üzrə baş məsləhətçisi


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg