• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1397
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5733
mod_vvisit_counterBu ay34111
mod_vvisit_counterÜmumi2464600

Tarix: 29 Mart, 2024

Xatirə Muzeyində “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda açıq dərs keçirilmişdir

17 yanvar 2020-ci il tarixdə Xatirə Muzeyində Naxçıvan şəhər Qarnizonu tam orta məktəbinin, 12, 13, 14 və 15 nömrəli tam orta məktəblərin şagirdlərinin iştirakı ilə “20 Yanvar – Azərbaycan xalqının qəhrəmanlıq tarixi” mövzusunda 11 nömrəli tam orta məktəbin tarix müəllimi Abdullayeva Sona Nazim qızı açıq dərs keçmişdir. Dərs zamanı şagirdlərə çatdırılmışdır ki, Azərbaycan xalqının qəhrəmanlıq səhifəsi olan 20 Yanvar faciəsindən 30 il ötür. 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş sovet ordusunun hərbi hissələri Bakı şəhərində müstəqil dövlət yaratmaq və öz suverenliyini əldə etmək üçün ayağa qalxan dinc əhaliyə qarşı misli görünməmiş qətliam törədib.

Bu qanlı cinayət insanların azadlıq eşqini söndürə bilməyib, xalqımız qanı bahasına da olsa, öz dövlət müstəqilliyinə qovuşub. Ermənistanda soydaşlarımızın hüquqlarının tapdalanması, Dağlıq Qarabağda Azərbaycan suverenliyinin pozulması hallarının davamı xalqın hakimiyyətdən narazlığını gücləndirirdi. Ermənistandan göndərilmiş silahlı dəstələr yanvarın 12-də Xanlar indiki Göygöl rayonunun Quşçu kəndinə basqın etdi. Hücumların qarşısının alınması üçün Milli müdafiə Şurası yaradıldı, özünü müdafiə dəstələri təşkil etməyə başladılar. Sovet ordusunun yardımı ilə erməni hərbi dəstələri yanvarın 19-da Naxçıvana hücum etdilər. Naxçıvan əhalisi doğma torpağı qorumağa qalxdı, düşməni geri çəkilməyə məcbur etdi. Naxçıvan Ali Soveti SSRİ tərkibinən çıxdığını bildirdi. Yanvarın 19-da hərbi əməliyyatın növbəti mərhələsi kimi Azərbaycan televiziyasının enerji bloku partladılmış, respublika televiziyası və radiosunun verilişləri tamamilə kəsilmişdir. Faciə baş verən gündən isə digər kütləvi informasiya vasitələrinin fəaliyyəti dayandırılmış, xalq informasiya almaq hüququndan məhrum edilmişdir. Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublika rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. Sonda isə muzeyin ekspozisiya zalına baxış olunmuş, şəhidlərimiz barədə şagirdlərə ətraflı məlumatlar verilmişdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg