• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün679
mod_vvisit_counterDünən1157
mod_vvisit_counterBu həftə5015
mod_vvisit_counterBu ay33393
mod_vvisit_counterÜmumi2463882

Tarix: 29 Mart, 2024

Sədərək rayonunda “Rəsm” sərgisi keçirilib

18 fevral 2020-ci il tarixində Sədərək rayon Təhsil şöbəsinin, Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin birgə təşkilatçılığı ilə Heydərabad qəsəbə tam orta məktəbində “26 fevral  Xocalı Soyqırımı günü” ilə əlaqədar olaraq  "Xocalı uşaqların gözü ilə" mövzusunda  dərnək üzvülərinin  əl işlərindən ibarət “Rəsm” sərgisi keçirilib.

Tədbirdə Təhsil şöbəsinin əməkdaşları Uşaq Gənclər Yaradıcılıq mərkəzinin müəllim və şagirdləri iştirak edib.

Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Təhsil şöbəsinin əməkdaşı Xocalı hadisəsini tariximizin faciəli səhifəsi, eyni zamanda vətənpərvərlik, qəhrəmanlıq rəmzi kimi qiymətləndirib: Xocalı sakinləri bütün çətinliklərə baxmayaraq, son anadək öz yurd-yuvalarını tərk etmədilər, yüzlərlə insan şəhid oldu. İllər keçsə də, xalqımız bu günü daim xatırlayacaq, unutmayacaq. Bu günkü sərginin əhəmiyyəti ondadır ki, gənclər və yeniyetmələr bu faciəyə öz baxışlarını, münasibətlərini çəkdikləri rəsmlərlə bildirirlər. Xocalı hadisəsi baş verəndə bu uşaqlar heç dünyaya gəlməmişdilər, əksəriyyəti isə aşağı sinif şagirdləridir, hələ məktəbdə tarix dərsi də keçməyiblər. Amma onlar sərgiyə bu cür dəyərli rəsmlər təqdim ediblər. Sözsüz ki, bu rəsmlər onların Xocalı haqqında eşitdikləri, oxuduqları məlumatlar əsasında yaranıb.

Qeyd olunub ki, Xocalı soyqırımını tanıtmaq, bu tarixi gerçəyi dünyaya çatdırmaq hər birimizin vətəndaşlıq borcumuzdur. Bu işdə Təhsil sahəsində çalışanların da üzərinə məsuliyyət düşür. Belə rəsm sərgilərinin mühüm cəhəti ondadır ki, bu əsərlər uzun illər qalır, daim yaşayır. Bu rəsmlər Azərbaycanın tarixidir. Bu uşaqların içərisindən gələcəyin böyük rəssamları çıxacaq və onlar bu günü mütləq xatırlayacaqlar.

Uşaq Gənclər Yaradıcılıq Mərkəzinin direktoru Arif Həmzəyev Xocalı faciəsinin bütün bəşəriyyətə, insanlığa qarşı amansız cinayət olduğunu, tariximizin qan yaddaşına həkk olunmuş bu səhifənin nəsildən-nəslə çatdırılmasının vacibliyini vurğulayıb.

Sonra tədbir iştirakçıları sərgi ilə tanış olublar.

Tədbirin yekunununda məktəbin müəllim və şagird kollektivi  Xocalı soyqırımına həsr olunan sənədli televiziya filmini  izləmişlər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg