Naxçıvan Muxtar Respublikasının dövlət ümumi təhsil müəssisələrində çalışan bilik və bacarıqlarının qiymətləndirilməsi aparılan müəllimlərin dərs yükünün və əməkhaqqının artırılması haqqında

 

NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN SƏRƏNCAMI


Azərbaycan    Respublikası    Prezidentinin    2015-ci    il    16     yanvar     tarixli 994 nömrəli Sərəncamına uyğun olaraq Naxçıvan  Muxtar  Respublikası Konstitusiyasının   5-ci   maddəsinin   II   hissəsinin   22-ci   bəndini   rəhbər   tutaraq qərara alıram:

1.Naxçıvan   Muxtar   Respublikasının   dövlət   ümumi    təhsil müəssisələrində çalışan  bilik  və  bacarıqlarının  qiymətləndirilməsi  aparılan müəllimlərin  həftəlik  dərs  yükü  norması  1,5  dəfə,  aylıq  vəzifə  maaşları  orta hesabla 2 dəfə artırılsın.

2.Naxçıvan    Muxtar    Respublikasının    Nazirlər    Kabineti    bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

3.  Bu Sərəncam 2015-ci il sentyabr ayının 15-dən qüvvəyə minir.

Naxçıvan Muxtar Respublikası

Ali Məclisinin Sədri          VASİF TALIBOV

Naxçıvan şəhəri, 22 iyun 2015-ci il

№ 297-04/S

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg