NAXÇIVAN MUXTAR RESPUBLİKASI ALİ MƏCLİSİ SƏDRİNİN S Ə R Ə N C A M I
2014-cü ildə Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 ili tamam olur.
2004-cü ilin sentyabrında Naxçıvan şəhərinin Babək məhəlləsində yaradılan nümunəvi tam orta məktəbə ümummilli lider Heydər Əliyevin adı verilmiş, məktəbin açılışında iştirak edən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil və tədrisin təşkili ilə bağlı qarşıya mühüm vəzifələr qoymuşdur. Ötən müddət ərzində ölkə Prezidentinin tapşırıq və tövsiyyələri icra olunmuş, məktəb ulu öndərin adına layiq yol keçərək qabaqcıl tədris mərkəzinə çevrilmişdir.
Heydər Əliyev adına tam orta məktəbdə maddi-texniki baza daim təkmilləşdirilmiş, təlim- tədris üçün əlverişli şərait yaradılmışdır. Hazırda müəllim və şagirdlərin istifadəsində ən müasir elektron lövhə və kompyuterlər vardır. Yaradılmış şəraitdən düzgün istifadə edilmiş, gənc nəslin təhsili və əsil vətəndaş kimi formalaşdırılması sahəsində zəruri işlər görülmüşdür. 10 ildə məktəbin məzunlarından 300 nəfərinin və ya 83 faizinin ali məktəblərə qəbul olunması tədrisin səviyyəsinin günün tələbləri səviyyəsində təşkil olunmasının əyani sübutudur. Vətənpərvər gəncliyin formalaşdırılmasına da xüsusi diqqət yetirilmiş, məzun və şagirdlərdən 42 nəfəri ali hərbi və xüsusi təyinatlı ali məktəblərə, eləcə də Heydər Əliyev adına Hərbi Liseyə qəbul olunmuşdur.
2007-2008-ci tədris ilinin yekununa görə ölkəmizdə “Ən yaxşı ümumtəhsil məktəbi” müsabiqəsinin qalibi olan Heydər Əliyev adına tam orta məktəb əldə etdiyi uğurlu nəticələrə görə muxtar respublikada digər təhsil ocaqları üçün bir nümunə səviyyəsinə çatmış, tədrisin və təlim-tərbiyə prosesinin təşkilində burada əldə olunmuş təcrübənin geniş şəkildə yayılması üçün ciddi əsaslar yaratmışdır.
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
1.Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi münasibəti ilə tədbirlər
keçirilsin.
2.“Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar Tədbirlər Planı” təsdiq edilsin (əlavə olunur).
Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri VASİF TALIBOV
Naxçıvan şəhəri, 21 avqust 2014-cü il
№ 230-04/S
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2014-cü il __21_ avqust tarixli 230-04/S nömrəli Sərəncamı ilə təsdiq edilmişdir.
Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi ilə əlaqədar
T Ə D B İ R L Ə R P L A N I
№ |
Tədbirin adı |
İcra müddəti |
İcraya məsul təşkilatlar |
1. |
Heydər Əliyev adına tam orta məktəbin 10 illiyi ilə əlaqədar tədbirin keçirilməsi |
Oktyabr, 2014-cü il |
Naxçıvan Muxtar Respublikasının Ali Məclisi |
2. |
Heydər Əliyev adına tam orta məktəbdə təlim-tədris sahəsində əldə olunmuş təcrübənin tətbiqi və təbliği ilə əlaqədar tədbirlərin görülməsi |
İl ərzində |
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Müəllimlər İnstitutu |
3. |
“Heydər Əliyev adına tam orta məktəb: uğurlar və perspektivlər” mövzusunda konfransın keçirilməsi |
Oktyabr, 2014-cü il |
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Müəllimlər İnstitutu, Naxçıvan Özəl Universiteti |
4. |
Məktəbin 10 illik fəaliyyətini əks etdirən guşənin yaradılması |
2014-cü il |
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Heydər Əliyev adına tam orta məktəb |
5. |
“Heydər Əliyev adına tam orta məktəb – 2004-2014-cü illərdə” toplusunun hazır- lanması |
Dekabr, 2014-cü il |
Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, Naxçıvan Müəllimlər İnstitutu, Heydər Əliyev adına tam orta məktəb |
6. |
Heydər Əliyev adına tam orta məktəbin 10 illiyinə həsr olunmuş filmin hazırlanması |
Noyabr, 2014-cü il |
Naxçıvan Muxtar Respublikasının Dövlət Televiziya və Radio Verilişləri Komitəsi |
7. |
Heydər Əliyev adına tam orta məktəbin yaradılmasının 10 illiyi münasibətilə tematik verilişlərin və qəzet materiallarının hazırlanması, keçirilən tədbirlərin işıqlandırılması |
2014-cü il |
Naxçıvan Muxtar Respublikasının kütləvi informasiya vasitələri |