Naxçıvanda ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsinə başlanılıb.
Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl məktəb” layihəsi çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10000 meyvə və dekorativ ağaclarının əkilməsi nəzərdə tutulur. Layihə çərçivəsində bu gün Naxçıvan şəhərinin ümumtəhsil məktəblərinin ərazilərində ilk ağacəkmə aksiyası keçirilib.
Ardını oxu...
|
Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2024- cü ilin ilk Kollegiya İclası keçirilib. İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar təhsil müəssisələrinin, həmçinin ümumtəhsil məktəblərinin direktorları iştirak edib. İclasda Təhsil Nazirliyi Kollegiyasının 2024-cü ilə dair İş Planı təsdiq olunub, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyena və nizam-intizam qaydalarına əməl olunması, təlim proqramının məzmunu, kargüzarlıq və təlim-tərbiyə işinin təşkili ilə bağlı aparılmış monitorinqin nəticələri və cari məsələrərin müzakirəsi aparılıb. Kollegiya İclasında Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov müəssisə rəhbərlərinə təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, nizam-intizam qaydalarına nəzarətin artırılması, şagirdlərin buraxılış, imtahanlarına hazırlığının diqqətdə saxlanılması, olimpiada və müsabiqələrə məktəblilərin cəlbi, bağçalara uşaq qəbulu zamanı şəfaflığın, bərabərliyin təmin edilməsi və digər məsələlərlə bağlı konkret tapşırıqlar verib. Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris ilinin yaz semestrində keçirilməsi nəzərdə tutulan pedaqoji təcrübənin başlanğıc konfransı keçirilmişdir. Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları və pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər.
Ardını oxu... Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turu keçiriləcək. Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik yubleyi”nə həsr olunan olimpiada məktəb, rayon və muxtar respublika olmaqla 3 turdan ibarət olacaq. Yanvarın 23-də təşkil olunan olimpiadanın məktəb turunda muxtar respublikanın ümumtəhsil məktəblərindən 5 mindən artıq şagird iştirak etmişdir ki, onlardan 1002-si rayon turuna vəsiqə qazanıb. Rayon turunda siniflər üzrə ən yüksək nəticə göstərmiş 20 faiz şagird respublika turunda iştirak etmək hüququ qazanacaq. Olimpiadanın rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.
Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının əsasnaməsi Fevralın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən STEAM Təlim-Tədris Mərkəzində vakant müvafiq təlim-tədris heyət vəzifələrinə işə qəbul üzrə müsahibə təşkil olunacaq. Namizədlər https://bitly.ws/3bPyG linkinə daxil olmaqla müsahibənin qrafiki ilə tanış ola bilərlər. |
|