Naxçıvanda 2024-2025-ci tədris ili üzrə 3713 uşaq I sinfə elektron qaydada qəbul edilib

Mayın 1-dən start verilən 2024-2025-ci tədris ili üzrə uşaqların I sinfə elektron qəbulu prosesi davam edir.
Hazırda ölkə üzrə bütün ümumi təhsil müəssisələrində, həmçinin, Naxçıvan Muxtar Respublikasında Azərbaycan və digər bölmələr üzrə sərbəst qaydada məktəb və müəllim seçimi aparılır.
Bu günə qədər ümumilikdə Naxçıvanda 2024-2025-ci tədris ili üzrə   3713 uşaq I sinfə elektron qaydada qəbul edilib.
Tədris ili yaxınlaşdıqca ümumi təhsil müəssisələrində uşaqların qeydiyyatının aparılması, sənədləşmə işlərinin dəqiq və vaxtında başa çatdırılması baxımından bu mərhələnin əhəmiyyətini nəzərə alaraq bildiririk ki, övladlarının 2024-2025-ci tədris ili üzrə I sinfə elektron qəbulu prosesini həyata keçirmək istəyən valideynlər mektebeqebul.edu.az saytı vasitəsilə şəxsi kabinet yaradaraq məktəb və müəllim seçimi edə bilərlər.

Qızıl və gümüş nişanla təltif olunan məzunlarla görüş keçirilib

Avqustun 2-də  Naxçıvan Muxtar Respublikası ümumi təhsil müəssisələrinin 2023-2024-cü tədris ili üzrə  qızıl və gümüş nişanla təltif olunan məzunları ilə  görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov  məzunları təbrik edərək bildirib ki, buraxılış və qəbul imtahanlarında şagirdlərimiz tərəfindən son 5 ilin ən yüksək nəticələri əldə edilib. Dövlət İmtahan Mərkəzi tərəfindən tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilmiş buraxılış imtahanının nəticələrinə əsasən, imtahan iştirakçıları arasında muxtar respublikanın ümumtəhsil məktəblərindən 4 şagird 300 bal toplamaqla ən yüksək nəticəni göstərib.

Ardını oxu...

Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə mərkəzləşmiş qaydada peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbul imtahanı keçirilib

Avqustun 2-də 2024/2025-ci il tədris ili üçün Naxçıvanda ilk dəfə olaraq ölkə üzrə  mərkəzləşmiş qaydada Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sisteminə daxil olan peşə təhsil müəssisələrinə ixtisas fənn müəllimlərinin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinin imtahan mərhələsi keçirilib.
Onlayn formada portal.edu.az elektron müraciət portalı vasitəsi ilə qeydiyyatdan keçən 22 namizəddən 19-u müsabiqənin imtahan mərhələsində iştirak etmək hüququ qazanıb.
150 dəqiqə davam edən imtahanda iştirakçılar ixtisas modulları, tədris metodikası və təlim strategiyaları üzrə test tapşırıqlarını cavablandırıblar.
Qeyd edək ki, müsabiqə nəticələrinə uyğun olaraq seçilən müraciətçilərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə 15 sentyabr tarixinədək aparılacaq.

Təhsil naziri Ordubad rayonunda vətəndaş qəbulu keçirib

İyulun 31-də Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov Ordubad rayonunda vətəndaşları qəbul edib.Əvvəlcə rayon mərkəzində Ulu Öndər Heydər Əliyevin əzəmətlə ucaldılan abidəsi ziyarət edilib və abidə önünə gül dəstələri düzülüb.Ordubad Rayon Təhsil Şöbəsində keçirilən qəbulda vətəndaşlar tərəfindən ünvanlanan bəzi suallar cavablandırılmış, müraciətlərin bir qismi araşdırılması üçün nəzarətə götürülmüş, digər müraciətlər isə yerindəcə həll edilmişdir.

Təhsil Nazirliyində “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsinin icra vəziyyəti ilə bağlı görüş keçirilib

İyulun 30-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında bağlanmış müqavilə çərçivəsində   “Naxçıvan Muxtar Respublikasına İnteraktiv Təhsil Yardımı” layihəsinin icra vəziyyəti ilə bağlı Çin Xalq Respublikasından gələn  mütəxəssislər və  HUAWEI şirkətinin əməkdaşları  ilə    görüş keçirilib.
Mütəxəssislər layihə çərçivəsində icra olunan işlərlə də tanış olublar.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg