• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1029
mod_vvisit_counterDünən964
mod_vvisit_counterBu həftə16073
mod_vvisit_counterBu ay33171
mod_vvisit_counterÜmumi3114849

Tarix: 14 Mart, 2025

Naxçıvanda ümumtəhsil məktəbləri arasında “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib

Yanvarın 24-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı muxtar respublikanın ümumtəhsil məktəbləri arasında STEAM təhsili üzrə “Yaşıl texnologiyalar” müsabiqəsi keçirilib.
Tədbirdə Naxçıvan  Muxtar Respublikası Təhsil Nazirliyi aparatının rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov bildirib  ki, son illərdə dünyanın elm və texnologiyalar sahəsində sürətli inkişafı, əldə edilən əhəmiyyətli nailiyyətlər qarşıya yeni vəzifələr qoyur, gənclərimizi gələcək rəqəmsal texnologiyalar dövrünə hazırlayır. Şagirdlər bu metod vasitəsilə  elmin digər sahələri ilə yanaşı, beyinlərinin məhsulunu ortaya qoya bilir. Bu günə kimi muxtar respublikanın ümumtəhsil məktəblərində 154 təhsil müəssisəsində STEAM kabinələrinin yaradıldığını diqqətə çatdıran Şikar Hüseynov qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq yaxın günlərəd əlavə olaraq 50 təhsil müəssisəsində kabinələr qurulacaq və 154 kabinə STEAM avadanlıqları ilə zənginləşdiriləcək.
Şikar Hüseynov müsabiqə iştirakılarına uğurlar arzulayıb.
Daha sonra müsabiqəyə start verilib. Şagirdlər  yaşıl texnologiyalarla  bağlı hazırladıqları layihələri təqdim ediblər. Müsabiqədə 60 komanda olmaqla 200-ə yaxın şagird iştirak edib. Müsabiqənin qiymətləndirilməsi STEAM Təlim- Tədris Mərkəzinin təlimçiləri tərəfindən aparılıb  və qalib komandalar medal, fəxri fərman, və hədiyyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, müsabiqənin təşkilində məqsəd  ekoloji problemlərin mahiyyətini və ətraf mühitin qorunmasının vacibliyini şagirdlərə aşılamaq, onlarda ekoloji şüur və məsuliyyət hissini inkişaf etdirməkdir.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg