Mayın 20-dən 2024-2025-ci tədris ili üzrə Naxçıvan Qızlar Liseyinə və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə ərizə qəbuluna başlanılır. Liseylərə ərizə qəbulu ölkə üzrə mərkəzləşmiş qaydada aparılacaq və mərkəzləşdirilmiş imtahan əsasında həyata keçiriləcək. Bunun üçün valideyn (və ya qanuni nümayəndə) şəxsi kabinetində “Sorğu yerləşdir” bölməsinə daxil olaraq “Mərkəzi imtahanla qəbul” düyməsini sıxmaqla imtahanın keçiriləcəyi mərkəzi seçməlidir. Şagirdlər əvvəlcə mərkəzləşdirilmiş qəbul imtahanında iştirak etməli, sonra isə topladıqları bala müvafiq olaraq təhsil almaq istədikləri liseyin seçimini aparmalıdırlar. İmtahan zamanı şagirdlərə tədris dili və riyazi təfəkkürü ölçən standart və qeyri-standart suallar təqdim ediləcək. Ərizə qəbulu mayın 20-dən iyunun 13-dək davam edəcək. Qeyd edək ki, Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanı iyunun 21-i, Naxçıvan Qızlar Liseyinə isə iyunun 23-ü keçiriləcək.
|
Mayın 9-da Naxçıvan şəhərində Heydər Əliyev adına tam orta məktəbin fəaliyyətə başlamasının 20 illiyi münasibətilə tədbir keçirilib. Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin məktəbin həyətindəki abidəsinin önünə güllər düzülüb, dahi şəxsiyyətin xatirəsi dərin ehtiramla yad edilib. Məktəblə tanışlıq zamanı binada yaradılan müasir tədris şəraiti barədə məlumat verilib. Bildirilib ki, şagirdlərin hərtərəfli biliyə yiyələnməsi ilə yanaşı, vətənpərvərlik ruhunda tərbiyəsi də diqqətdə saxlanılır. Bu məqsədlə foyedə məktəbin məzunu olmuş vətən oğulları Sahil Məmmədov, Raqib Hüseynov və digər şəhidlərimizin xatirəsinə guşələr yaradılıb, sinif otaqlarına şəhidlərimizin adı verilib. Gənclik mərkəzində davam etdirilən tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Ardını oxu... Naxçıvan Şəhər Təhsil Şöbəsinin təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikasının yaradılmasının 100 illik yubleyinə həsr olunan ibtidai sinif müəllimləri üçün “Psixoloji zirvə” adlı təlim marafonu yekunlaşıb. Qeyd edək ki, könüllü müraciət əsasında “Psixoloji zirvə” adlı ödənişsiz təlimə 10 fevral 2024-cü il tarixdən başlanılıb və 3 ay müddətində davam edib. Marafonda Naxçıvan şəhər ümumtəhsil məktəblərində fəaliyyət göstərən 100 müəllimin iştirakı nəzərdə tutulsa da muxtar respublikanın digər məktəblərindən də müəllimlər müraciət edərək təlimə qatılıblar.
Ardını oxu... Mayın 1-dən 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin birinci siniflərinə şagird qəbuluna start verilir. Qəbul prosesi www.mektebeqebul.edu.az portalı vasitəsilə aparılacaq. Elektron portalda 1 may saat 11:00-dan uşaqların qeydiyyatı, 3 may tarixindən isə Azərbaycan bölməsi üzrə sorğuların yerləşdirilməsi (məktəb və müəllim seçimi) həyata keçiriləcək.
Ardını oxu... Naxçıvan Muxtar Respublikasının ümumitəhsil məktəblərinin VII-IX sinif şagirdləri arasında akademik məqsədlər üçün ilk dəfə olaraq VI İngilis dili Olimpiadası keçirilib. Heydər Əliyev adına tam orta məktəbdə təşkil olunan olimpiadadanın birinci mərhələsində muxtar respublikanın ümumtəhsil məktəblərindən 261 şagird iştirak edib. Olimpiadada şagirdlərə ingilis dilinin qrammatikası və oxu qabiliyyəti ilə bağlı 50 yazılı sual təqdim olunub. Qeyd edək ki, olimpiada ADA Universiteti, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi, Bakı Təhsil İnformasiya Mərkəzi, Azərbaycan Respublikasının Təhsil İnstitutu, Bakı şəhər üzrə Tədris İdarəsinin dəstəyi ilə keçirilib.
Ardını oxu... |
|