Naxçıvanda şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən 2024-2025-ci tədris ili üçün hazırlıqla bağlı  həyata keçirilən tədbirlərdən biri də şagirdlərin dərsliklərlə vaxtında təminatıdır. Bunun üçün nazirlik tərəfindən ümumtəhsil məktəblərindəki dərsliklərin təhlili aparılmış, yeni dərsliklərə tələbat müəyyənləşdirilərək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə  ehtiyac olan dərsliklərin  sifarişi verilmişdi. İyul ayının sonlarından başlayaraq 168 min 823 dərsliyin  və 156 min 96-ı  bədii ədəbiyyatın   muxtar respublikaya gətirilərək məktəblərə təhvil verilməsi təmin olunmuşdur.
Sentyabrın 12-dən isə  muxtar respublikanın bütün ümumtəhsil məktəblərində şagirdlərə dərsliklərin paylanılmasına başlanılıb.

Ardını oxu...

Naxçıvanda təhsil işçilərinin sentyabr konfransı keçirilib

Naxçıvan şəhərindəki "Gənclik" Mərkəzində muxtar respublika təhsil işçilərinin sentyabr konfransı keçirilib.
Konfrans iştirakçıları əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucaldılan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər. Heydər Əliyev muzeyində dahi şəxsiyyətin həyat və siyasi fəaliyyətini əks etdirən eksponantlarla tanışlıq olub.
Sonra tədbir iştirakçıları “Gənclik” Mərkəzinin foyesində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə tabe məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvlərinin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxıblar.
Konfransda əvvəlcə Ümummilli Liderimiz Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub, Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının təhsil naziri Elxan Nəcəfov çıxış edərək bildirib ki, bu gün nazirliyin tabeliyində 269 təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan 210-u ümumtəhsil məktəbi, 20-si məktəbəqədər, 35-i məktəbdənkənar, 1-i xüsusi təhsil  3-ü isə peşə təhsil müəssisəsidir.

Ardını oxu...

Müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri elan edildi

Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müddətli müqavilə ilə vakansiya seçimi mərhələsinin nəticələri namizədlərin şəxsi səhifələrinə göndərildi.

Qeyd edək ki, 30 avqust – 2 sentyabr tarixlərində keçirilmiş vakansiya seçimi üçün Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərindən və peşə təhsil müəssisələrindən 394  vakant yer namizədlərə təklif olunmuşdur.

Müddətli müqavilə ilə vakansiya seçimində uğur qazanan namizədlər 6 sentyabr saat 18:00-dək zəruri sənədləri (şəxsiyyəti təsdiq edən sənədin, ali və ya orta ixtisas təhsili haqqında sənəd və ona əlavənin surəti, əmək kitabçasının əsli (olduğu təqdirdə), 4 ədəd 3x4 formatında fotoşəkil, sağlamlıq haqqında arayış, kadrlar uçotunun şəxsi vərəqəsi, şəxsi səhifədə işə qəbulun nəticəsinə dair çıxarış) aidiyyəti yerli təhsili idarəetmə orqanına təqdim etməlidirlər.

Çıxarışı aidiyyəti yerli təhsili idarəetmə orqanı tərəfindən təsdiq olunmuş namizədlərin işə qəbulu rəsmiləşəcək. Namizədlərə sənədlərini təqdim etdikdən sonra şəxsi səhifələrinə daxil olaraq çıxarışının təsdiq olunduğunu yoxlamaq tövsiyə olunur.

Vakansiya seçimində uğur qazanan namizədləri təbrik edirik

Naxçıvanda 500-700 intervalında bal toplamış məzunlar mükafatlandırılıb

Avqustun 30-da Naxçıvan Dövlət Milli Dram Teatrında ali məktəblərə qəbul imtahanlarında yüksək bal toplamış məzunların mükafatlandırılması tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dövlət himnimiz səsləndirilib.
Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Cəlilov Naxçıvan təhsilinin yeni uğurunu qeyd etməkdən məmnunluğunu ifadə edib, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikasının Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəflinin tədbir iştirakçılarına salamlarını, uğur qazanmış məzunlara, onların müəllimlərinə və valideynlərinə səmimi təbriklərini çatdırıb.

Ardını oxu...

Təhsil şöbələrinin mühasibləri və ümumtəhsil müəssisələrinin direktorları üçün 1C proqramı ilə bağlı seminarlara start verilib


Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Təhsil Şöbələrinin mühasibləri və ümumtəhsil müəssisələrinin direktorları üçün 1C proqramı ilə bağlı onlayn qaydada  seminarlara  başlanılıb.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin mütəxəssisləri tərəfindən keçirilən  seminarlarda iştirakçılara ümumtəhsil məktəblərinin, məktəbəqədər təhsil müəssisələrinin  şəbəkə sisteminin işlənilməsi, sinif komplektlərinin aparılması, tarifləşmə və əməkhaqqı cədvəllərinin işlənilməsi və digər mövzularda məlumatlar verilir.
Qeyd edək ki, seminarların təşkilində məqsəd Təhsil Nazirliyinə tabe müəssisələrdə mühasibatlıq sisteminin səmərəli və şəffaf idarə olunması üçün əməkdaşların bilik və bacarıqlarının yüksəldilməsidir.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg