Naxçıvanda 387 məzun ümumtəhsil məktəblərini fərqlənmə attestatı ilə bitirib

2023-2024-cü tədris ili üzrə Naxçıvan Muxtar Respublikasının ümumi təhsil müəssisələrində IX və XI sinfi bitirən məzunlara attestatlar verilir
Bu il muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərini 4569, XI siniflərini isə 3500 məzun bitirib. Onlardan ümumi orta təhsil səviyyəsi üzrə 134, tam orta təhsil səviyyəsi üzrə isə 253 məzun təhsilini fərqlənmə attestatı ilə başa vurub.
Qeyd edək ki, ki, son dövrlər muxtar respublikada təhsil sahəsində aparılan islahatlar, şagirdlərin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlərin nəticəsidir ki,  fərqlənmə attestatı  ilə bitirən məzunların sayı  ötən illə müqayisədə təqribən 3 dəfədən çox  (ötən il: ümumi və orta təhsil səviyyəsi üzrə ümumilikdə  121 məzun) artıb.
Məzunlarımızı təbrik edir, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Hacıvar kəndində yeni məktəb binasının inşasına başlanılıb

Bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Bu tədbirlərin davamı olaraq Babək rayonunun Hacıvar kəndində 456 şagird yerlik məktəb binasının inşasına başlanılıb.

Ardını oxu...

Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziya 2024-2025-ci tədris ili üçün şagird qəbulu ELAN EDİR!

 

Gimnaziyaya şagird qəbulu cari ildə Naxçıvan Muxtar Respublikasının əhatə etdiyi ümumtəhsil müəssisələrinin V sinfini bitirmiş oğlan və qız şagirdləri arasında müsabiqə yolu ilə aparılır. Gimnaziyaya qəbul olmaq üçün aşağıdakı sənədlər tələb olunur:

Şəxsiyyət vəsiqəsinin surəti

- 3x4 santimetr ölçüdə 2 ədəd fotoşəkil - Təhsil aldığı məktəbdən arayış

Sənədlər 08 iyul 2024-cü il tarixdən 10 avqust 2024-cü il tarixə qədər saat 09:00-dan 18:00-dək Naxçıvan Dövlət Universitetinin nəzdində İngilis dili Təmayüllü Gimnaziyada qəbul ediləcəkdir.

Müsabiqə 20 avqust 2024-cü il tarixdə Naxçıvan Dövlət Universitetinin Xarici dillər fakültəsində saat 10:00-da keçiriləcəkdir. Müsabiqədə şagirdlərə 3 saat vaxt veriləcəkdir. Şagirdlərin nəzərinə çatdırılır ki, Gimnaziyaya qəbul üçün keçiriləcək müsabiqə test formatında aparılır.

Müsabiqədə şagirdlərə:

Azərbaycan dili 20,   riyaziyyat 25,  ingilis dili 35, tarix 10, təbiət  10 olmaqla ümumilikdə 100 sual təqdim olunacaq.

Muxtar Respublika üzrə 30 qız, 30 oğlan olmaqla ən yüksək nəticə göstərən 60 şagird Gimnaziyaya qəbul olunacaqdır.

Əlaqə nömrəsi: 550 50 16 070 577 67 71

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu

2024-2025 tədris ili üzrə 34 təhsil müəssisəsində mərkəzləşdirilmiş qaydada həyata keçirilən lisey və gimnaziyalara qəbul prosesinin nəticələri elan olundu.
Şagirdlər sy.edu.az platforması üzərindən yaradılmış “Şəxsi kabinet”lərinə daxil olaraq qəbul nəticələrini öyrənə bilərlər.
Şagirdlər seçim etdikləri lisey və ya gimnaziyalara qəbul olduqları təqdirdə, şəxsi kabinetlərinə daxil olaraq 18 iyul 12:00-a qədər qəbul olduqları müəssisəni təsdiqləməlidirlər. Qeyd olunan tarixədək uğurlu nəticə göstərən şagirdlərin nəticələri şəxsi kabinetdən təsdiqlənmədiyi halda qəbul nəticəsi etibarsız hesab ediləcək. Lisey yaxud gimnaziyaya qəbul olan və valideyn modulundan təsdiq edilən şagirdlərin sorğuları sistem açılan zaman avtomatik yaradılacaq və avqust ayında sənəd qəbulu həyata keçiriləcək.
Qeyd edək ki, qəbul imtahanında iştirak edən 29480 şagirddən 21694 şagird lisey və gimnaziya seçimi mərhələsində iştirak hüququ qazanıb. Seçimdə iştirak edən 17003 şagirddən 3731 nəfəri mərkəzi imtahanlı lisey və gimnaziyalara qəbul olunub.

Bu gündən məktəbəhazırlıq qruplarına qəbul başlayır

İyulun 11-i saat 11:00-dan 2024–2025-ci tədris ili üzrə ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına qəbul üçün qeydiyyata start verilir.
Qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçiriləcək.
Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 16 iyul saat 11:00-da, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 18 iyul saat 11:00-da aktiv ediləcək.
Məktəbəhazırlıq qruplarına cari ildə 5 yaşı tamam olan uşaqlar (2019-cu il təvəllüdlü) qəbul edilirlər.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg