Məktəblilər arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının rayon turu keçiriləcək

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına  fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turu keçiriləcək.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik  yubleyi”nə həsr olunan olimpiada  məktəb, rayon və muxtar respublika olmaqla  3 turdan ibarət olacaq.
Yanvarın 23-də təşkil olunan  olimpiadanın məktəb turunda   muxtar respublikanın ümumtəhsil məktəblərindən 5 mindən artıq şagird iştirak etmişdir ki, onlardan 1002-si rayon turuna vəsiqə qazanıb.
Rayon turunda siniflər üzrə ən yüksək nəticə göstərmiş 20 faiz şagird respublika turunda iştirak etmək hüququ qazanacaq.
Olimpiadanın rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.


Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının əsasnaməsi

STEAM Təlim-Tədris Mərkəzində olan vakant təlim-tədris heyət vəzifələri üçün müsahibə qrafiki

Fevralın 9-da   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  STEAM Təlim-Tədris Mərkəzində vakant  müvafiq təlim-tədris heyət vəzifələrinə    işə qəbul üzrə müsahibə təşkil olunacaq.
Namizədlər https://bitly.ws/3bPyG linkinə daxil olmaqla müsahibənin qrafiki ilə tanış ola bilərlər.

Direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün müsahibə proqramı

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyindəki  təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün ilk dəfə olaraq  müsabiqə  keçirilmişdir. Müsabiqədə iştirak edən 97 namizəddən 67-si   sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq  müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsində iştirak hüququ qazanmış namizədlər üçün zəruri biliklərə dair müsahibə proqramı hazırlanmışdır.

Müsahibə proqramı ilə aşağıdakı linklərə keçid etməklə   tanış ola bilərsiniz.

1. Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi

2. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə üzrə təşkilatçı vəzifəsi

Naxçıvanda ilk dəfə olaraq direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul müsabiqəsi keçirilib

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyindəki ümumi təhsil müəssisələrində vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün muxtar respublikada ilk dəfə olaraq işə qəbul müsabiqəsinin test mərhələsi keçirilib.

Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi,  işə qəbul prosesinin  şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqəyə  23 təhsil müəssisəsindən 25 vakant vəzifə çıxarılıb və  100-ə yaxın namizəd iştirak edib.

Ardını oxu...

Tədris–köməkçi heyət vəzifələri üzrə 39 nəfər işlə təmin olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində vakant tədris-köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsi  artıq yekunlaşıb.
Müsabiqəyə ümumtəhsil müəssisələrində vakant olan  təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə 126 vakant vəzifə çıxarılmışdı. Həmin vəzifələrə 604 namizəd sənəd vermiş, 2024-cü il dekabrın 9-da keçirilən müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlərdən 345-i  keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg