15-23 yanvar tarixləri arasında keçiriən tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin Uşaq birliyi təşkilatının rəhbərləri vəzifəsi üçün müsahibə mərhələsinin nəticələri elan olunub. Belə ki, müsahibə mərhələsində müsahibə balını toplayan və vəzifəyə uyğun hesab edilən namizədlərdən 1-i müvəqqəti, 9-u isə daimi işlə təmin olunub. Qeyd edək ki, işə qəbul müsabiqəsinə muxtar respublikanın ümumtəhsil məktəblərində vakant olan 10 Uşaq birliyi təşkilatı vəzifəsi çıxarılmış, həmin vəzifələrə 228 namizəd sənəd vermiş, onlardan 158-i müsabiqənin test mərhələsində sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq müsahibə mərhələsinə buraxılmışdı.
Uşaq birliyi təşkilatının rəhbərləri vəzifəsi üçün müsahibə mərhələsinin nəticələrinin qrafiki
|
Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənlərini tədris edən hərbi rəhbərlərləri ilə “2022-2023-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə və xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermə, qəbul və qarşıda duran vəzifələr”lə bağlı görüş keçirilib. Görüşdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib.
Ardını oxu... 7-12 yanvar tarixləri arasında keçiriən tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin laborant vəzifəsi üçün müsahibə mərhələsinin nəticələri elan olunub. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinə dekabrın 25-dən başlanılıb. Müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılır. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır. Laborantlar üçün keçirilən işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin nəticələri ilə bağlı qrafiklə aşağıdakı link vasitəsi ilə tanış ola bilərsiniz.
Laborant vəzifəsinə namizədlərin müsahibə mərhələsinin nəticələrinin qrafiki Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində 3 inzibati vəzifə Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi tərəfindən 10 yanvar 2024-cü il tarixində elan edilmiş daxili müsahibəyə verilib. Elan üçün sənəd qəbulu Dövlət İmtahan Mərkəzinin internet portalı (dim.gov.az.) vasitəsilə həyata keçirilir. 24 yanvar 2024-cü il tarixinədək sənəd qəbulu davam edəcəkdir. Namizədlər vəzifə haqqında məlumat, müsahibə proqramı və müraciət forması ilə aşağıdaki linkdən tanış ola bilərlər:
https://exidmet.dim.gov.az/dqq/Elan/DxMshMshElanList?ElanID=534 Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş kimya-biologiya olimpiadasının qaliblərinin mükafatlandırma tədbiri keçirilib. Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov olimpiadanın əhəmiyyəti və təşkilarti işlər barədə məlumat verib.
Ardını oxu... |
|