Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində Kollegiya İclası keçirilib

Fevralın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyində 2024- cü ilin ilk Kollegiya İclası keçirilib. İclasda Təhsil Nazirliyinin əməkdaşları, rayon, şəhər təhsil şöbələrinin müdirləri, məktəbəqədər və məktəbdənkənar  təhsil müəssisələrinin, həmçinin ümumtəhsil  məktəblərinin  direktorları iştirak edib.
İclasda Təhsil Nazirliyi Kollegiyasının 2024-cü ilə dair  İş Planı təsdiq olunub, Naxçıvan Şəhər Təhsil Şöbəsinin əhatə etdiyi məktəbəqədər təhsil müəssisələrində sanitar-gigiyena və nizam-intizam qaydalarına əməl olunması, təlim proqramının məzmunu, kargüzarlıq və təlim-tərbiyə işinin təşkili ilə bağlı aparılmış monitorinqin nəticələri və cari məsələrərin müzakirəsi aparılıb.
Kollegiya İclasında Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov müəssisə rəhbərlərinə təhsil müəssisələrində tədrisin səviyyəsinin yüksəldilməsi, nizam-intizam qaydalarına nəzarətin artırılması, şagirdlərin buraxılış, imtahanlarına hazırlığının diqqətdə saxlanılması, olimpiada və müsabiqələrə məktəblilərin cəlbi, bağçalara uşaq qəbulu zamanı şəfaflığın,  bərabərliyin təmin edilməsi və digər məsələlərlə bağlı konkret tapşırıqlar verib.

Naxçıvan Müəllimlər İnstitutunda Pedaqoji təcrübənin başlanğıc konfransı keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda 2023-2024-cü tədris  ilinin  yaz semestrində  keçirilməsi  nəzərdə tutulan  pedaqoji təcrübənin  başlanğıc konfransı keçirilmişdir. Konfransda institutun professor-müəllim heyəti, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əməkdaşları, pedaqoji təcrübənin keçiriləcəyi ümumtəhsil məktəbləri və məktəbəqədər təhsil müəssisələrinin direktorları və pedaqoji təcrübəyə gedəcək tələbələr iştirak ediblər.

Ardını oxu...

Məktəblilər arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının rayon turu keçiriləcək

Fevralın 17-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına  fizika-riyaziyyat fənləri üzrə olimpiadanın rayon turu keçiriləcək.
Qeyd edək ki, “Naxçıvan Muxtar Respublikasının 100 illik  yubleyi”nə həsr olunan olimpiada  məktəb, rayon və muxtar respublika olmaqla  3 turdan ibarət olacaq.
Yanvarın 23-də təşkil olunan  olimpiadanın məktəb turunda   muxtar respublikanın ümumtəhsil məktəblərindən 5 mindən artıq şagird iştirak etmişdir ki, onlardan 1002-si rayon turuna vəsiqə qazanıb.
Rayon turunda siniflər üzrə ən yüksək nəticə göstərmiş 20 faiz şagird respublika turunda iştirak etmək hüququ qazanacaq.
Olimpiadanın rayon mərhələsinin qalibləri diplom, təltifnamə, muxtar respublika mərhələsinin qalibləri isə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.


Nəsrəddin Tusi adına fizika-riyaziyyat olimpiadasının əsasnaməsi

STEAM Təlim-Tədris Mərkəzində olan vakant təlim-tədris heyət vəzifələri üçün müsahibə qrafiki

Fevralın 9-da   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən  STEAM Təlim-Tədris Mərkəzində vakant  müvafiq təlim-tədris heyət vəzifələrinə    işə qəbul üzrə müsahibə təşkil olunacaq.
Namizədlər https://bitly.ws/3bPyG linkinə daxil olmaqla müsahibənin qrafiki ilə tanış ola bilərlər.

Direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün müsahibə proqramı

Yanvarın 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyindəki  təhsil müəssisələrində vakant olan direktor müavinləri, məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələri üçün ilk dəfə olaraq  müsabiqə  keçirilmişdir. Müsabiqədə iştirak edən 97 namizəddən 67-si   sualların 50 faiz və daha çoxunu düzgün cavablandıraraq  müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.

Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsində iştirak hüququ qazanmış namizədlər üçün zəruri biliklərə dair müsahibə proqramı hazırlanmışdır.

Müsahibə proqramı ilə aşağıdakı linklərə keçid etməklə   tanış ola bilərsiniz.

1. Tədris (təlim-tərbiyə) işləri üzrə direktor müavini vəzifəsi

2. Məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə üzrə təşkilatçı vəzifəsi

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg