• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün151
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə7969
mod_vvisit_counterBu ay44413
mod_vvisit_counterÜmumi2928552

Tarix: 22 Dek., 2024

Ümumtəhsil məktəblərinin hərbi rəhbərləri ilə görüş keçirilib

Yanvarın 16-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə  ümumtəhsil məktəblərində gənclərin çağırışaqədərki hazırlığı fənlərini  tədris edən  hərbi rəhbərlərləri ilə  “2022-2023-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə və xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermə, qəbul və qarşıda duran vəzifələr”lə bağlı görüş keçirilib.
Görüşdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib və dövlət himni səsləndirilib. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Elxan Babayev iştirakçıların diqqətinə çatdırıb ki, bu gün muxtar respublikada şagirdlərin təhsili ilə yanaşı, onların hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması da diqqət mərkəzində saxlanılır. Bildirilib ki,   şagirdlərin hərbi hazırlığının və vətənpərvərlik tərbiyəsinin yüksəldilməsində “Gənclərin çağırışaqədərki hazırlığı” fənnini tədris edən hərbi rəhbərlərin  üzərinə böyük vəzifə düşür. Qeyd olunub ki, bu məqsədlə də  çağrışaqədərki hazırlıq fənnini tədris edən hərbi rəhbərlərin yeni təlim metodlarından istifadə bacarıqlarının və dərslərə yaradıcılıqla yanaşılması vərdişlərinin təkmilləşdirilməsi  məqsədi ilə təlim toplantılar keçirilir.
Vurğulanıb ki, “Gənclərin çağırışaqədərki hazırlığı” fənninin tədrisi şagirdlərin milli mənlik və vətənpərvərlik ruhuda böyüməsində mühüm rol oynayır.  Elə bu məqsədlə də  ümumtəhsil məktəblərində  hərbi hazırlıq dərslərinə  mühüm əhəmiyyət verilir. Bunun nəticəsidir ki, son illər gənclər arasında hərbi təhsilə maraq da xeyli artmışdı. Belə ki, 2023-ci tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə 45, Xüsusi təyinatlı məktəblərə isə 20 şagird qəbul olunmuşdur. Qeyd olunub ki, gənclərin çağırışaqədərki hazırlığı fənninin tədrisi səviyyəsinin yüksəldilməsi, məktəblilərin bu fənnə maraqlarının artırılması, onların vətənpərvərlik ruhunun yüksəldilməsi üçün  Təhsil Nazirliyi tərəfindən  müharibə iştirakçıları və qazilərin  ümumtəhsil  məktəblərinə  hərbi rəhbər vəzifələrə təyini də diqqət mərkəzində saxlanılır. Bildirilib ki, son dövrlərdə hərbi rəhbər vəzifələrinə 17 qazi və müharibə iştirakçısı təyin olunub ki, onlardan  3-nün işə qəbulu  oktyabr- yanvar aylarına təsadüf edir.
Tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin şöbə rəisi polkovnik-leytenant Vüsal Əliyevin,  “Naxçıvan Dövlət Universitetinin magistratura və doktorantura mərkəzinin direkoru, Çapay Quliyevin, Heydər Əliyev adına  Hərbi Liseyin kadrlar bölmə rəisi polkovnik-leytenant Fuad  Eyvazovun və   Naxçıvan Qaziləri “İctimai Birliyi sədrinin müavini, Şərur rayon Kürkənd tam orta məktəbinin hərbi rəhbəri,  qazi Əli Əlisoyun  çıxışları dinlənilib.
Görüşdə 2022-2023-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərindən Heydər Əliyev adına Hərbi Liseyə və xüsusi təyinatlı təhsil müəssisələrinə sənəd vermə, qəbul və digər məsələlərin də  müzakirəsi aparılıb, yeni təyin olunan hərbi rəhbərlərə tədrisin təşkili ilə bağlı tapşırıq və tövsiyyələr verilib, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg