Naxçıvanda ilk dəfə olaraq təhsil müəssisələrinin yardımçı heyəti üçün test imtahanı keçirilib

Dekabrın 9-da Naxçıvan Şahmat Mərkəzində  və Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq  müsabiqə  keçirilib.
Təhsil müəssisələrinin yüksək ixtisaslı kadrlarla təmin edilməsi və  işə qəbul prosesinin  şəffaf həyata keçirilməsi məqsədilə təşkil olunan müsabiqədə 126 vakant vəzifə üzrə   600-ə yaxın  namizəd iştirak edib.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikasında ilk dəfə keçiriləcək yardımçı pedaqoji heyətin işə qəbul müsabiqəsinin test mərhələsi 9 dekabr 2023-cü il tarixində iki mərkəzdə təşkil olunacaqdır.

 

Test mərhələsinin keçiriləcəyi mərkəzlər:

  • Naxçıvan Şahmat Mərkəzi
  • Naxçıvan şəhər 4 nömrəli tam orta məktəbdə

Namizədlər imtahana gələrkən özləri ilə birlikdə gətriməlidirlər:

  • şəxsiyyət vəsiqələrini
  • göy rəngli diyircəkli qələm

Müsabiqə zalına gətirmək qadağandır:

  • mobil telefon və digər rabitə vasitələri
  • ağıllı saat
  • kağız, yazılı qeyd kimi köməkçi vasitələr və s.

Müsabiqənin keçiriləcəyi mərkəzlər və imtahan qrafiki haqqında məlumat


Naxçıvan Muxtar Respublikasında ilk dəfə olaraq müsahibə yolu ilə 11 ümumtəhsil müəssisəsinə məktəb direktoru təyin olunub

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müvafiq əmri ilə təsdiq edilmiş “Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin əhatə etdiyi ümumi təhsil müəssisələrində vakant olan direktor vəzifəsinə işə qəbul haqqında müvəqqəti Qaydalar”a uyğun olaraq ilk dəfə ümumtəhsil məktəblərində vakant olan direktor vəzifələrinə təyinatlar olub.

Ardını oxu...

Azadkənddə məktəb istifadəyə verilib, Ordubad internat tam orta, texniki-peşə və sürücülük məktəblərinə baxış olub

Noyabrın 24-də Ordubad rayonunun Azadkənd tam orta məktəbi istifadəyə verilib.
Açılış tədbirində Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, Azərbaycan Respublikasının elm və təhsil naziri Emin Əmrullayev iştirak ediblər.
Məlumat verilib ki, 2000-ci ildə tikilən 288 yerlik məktəb binası bu il əsaslı təmir olunub. 3 mərtəbəli təhsil ocağında 16 sinif otağı, fizika, kimya və biologiya laboratoriyaları, şahmat sinfi, kompüter və müəllimlər otaqları, hərbi kabinə, STEAM otağı, kitabxana, bufet və idman zalı yerləşir. Məktəbdə 23 kompüter və 4 elektron lövhə quraşdırılıb, internetə çıxış təmin edilib.

Ardını oxu...

Elm və təhsil naziri Naxçıvanda vətəndaşları qəbul edib

Elm və təhsil naziri Emin Əmrullayev noyabrın 24-də Naxçıvan şəhərində vətəndaşları qəbul edib. Qəbulda Naxçıvan, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur sakinləri iştirak ediblər.
Qəbulda vətəndaşlar əsasən işə qəbul, ümumi təhsil, tələbələrin köçürülməsi və digər məsələlərlə bağlı müraciətlər ediblər.
Elm və təhsil naziri qəbula yazılmış vətəndaşları dinləyib, hər bir müraciətin operativ şəkildə araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində nazirliyin aidiyyəti qurumlarının rəhbərlərinə tapşırıqlar verib.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg