Noyabrın 24-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfəri çərçivəsində Babək rayonu Yarımca kənd tam orta məktəbində olub.
Müəssisədə yaradılmış şəraitlə tanış olan elm və təhsil naziri tədris prosesi ilə maraqlanıb, şagird və müəllimlərlə söhbət aparıb.
Məlumat verilib ki, məktəb 2004-cü ildə istifadəyə verilib. 2016-cı ildə isə əsaslı təmir olunub. 342 yerlik məktəb binasında hazırda 300-dən çox şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur. Təhsil ocağında 4-ü elektron lövhəli olmaqla 19 sinif otağı, kimya-biologiya və fizika laboratoriyaları, hərbi kabinet, kompüter, müəllimlər, STEAM və şahmat otaqları, kitabxana, idman zalı yerləşir. Məktəb kitabxanasında 6 mindən çox ədəbiyyat və dərslik mövcuddur.
Məktəbin kompüter otağında 19 kompüter quraşdırılıb. Elektron lövhəli siniflərdə distant dərslərin keçirilməsi üçün lazımi şərait yaradılıb, həmçinin məktəb elektron dərsliklərlə təmin edilib.
Emin Əmrullayev səfər çərçivəsində Naxçıvan Qarnizonu tam orta məktəbində də olub.
Məktəbdə yaradılmış şəraitlə tanış olan nazirə məlumat verilib ki, təhsil müəssisəsi 1992-ci ildə ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə Naxçıvan şəhərində yerləşən hərbi hissələrdə xidmət edənlərin övladlarının təhsil alması məqsədilə yaradılıb.
Fəaliyyəti dövründə davamlı uğurları olan məktəbin şagirdlərinin son 5 ildə ali təhsil müəssisələrinə qəbul nəticələri 100 faiz olub.
Hazırda məktəbdə 36 sinif komplektində 634 şagird təhsil alır. Onların təlim-tərbiyəsi ilə 59 müəllim məşğul olur.