• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün663
mod_vvisit_counterDünən729
mod_vvisit_counterBu həftə7635
mod_vvisit_counterBu ay44079
mod_vvisit_counterÜmumi2928218

Tarix: 21 Dek., 2024

Naxçıvanda uşaq bağçalarına qəbul artıq elektron sistem üzərindən aparılacaq

Noyabrın 16-dan başlayaraq Naxçıvan Muxtar Respublikasında Məktəbəqədər Təhsil Müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiya olunur. Bu məqsədlə   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi –texniki bazasının, pedaqoji və texniki heyətinin, uşaqların ümumi məlumatlarının  sistemə inteqrasiyası həyata keçirilir və bu prosesi həyata keçirəcək  əməkdaşlar üçün təlimlər təşkil olunur.
Qeyd edək ki, bu günə kimi Naxçıvan Muxtar Respublikasındakı  Məktəbəqədər Təhsil Müəssisələri  ümumölkə informasiya sistemlərinə  inteqrasiya olunmamışdı. Bu da uşaqların bağçalara qəbulunda  bir sıra problemlər yaradırdı. Valideynlər uşaqlarını bağçaya yerləşdirərkən  çətinliklərlə üzləşirdi. Məktəbəqədər Təhsil Müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiaya olunduqdan sonra 2024-2025-ci tədris ilindən   artıq valideynlər  uşaqlarının bağçalara qəbulunu “Məktəbəqədər təhsil müəssisələrinə elektron sənəd qəbulu sistemi” (www.bq.edu.az) vasitəsilə həyata keçirə biləcəklər. Belə ki,  valideynlər ümumölkə üzrə bağçalara uşaq qəbulu ilə bağlı elanından sonra  elektron kabinet yaratmaq imkanı əldə edəcəklər. Həmçinin bütün valideynlər uşaqların məktəbəqədər təhsil müəssisələrinə qəbulu ilə bağlı növbəyə yazıla biləcəklər. Məktəbəqədər təhsil müəssisələrinə qəbul sistemində 1 uşaq üçün maksimum 3 məktəbəqədər təhsil müəssisəsini seçmə imkanı verir. Mövcud növbələrin boş yer olduğu halda sorğuya çevrilməsi prosesi minimum 5 gündən sonra həyata keçiriləcək. Növbə sorğuya çevrildikdən sonra valideyn 15 gün ərzində sənədləri müvafiq müəssisəyə təqdim edəcək və   uşağın qəbulu aparılacaq.
Sistemin əsas məqsədlərindən biri də muxtar respublika üzrə məktəbəqədər təhsil müəssisələri və bu müəssisələr daxilində olan uşaq və heyət haqqında bütün məlumatların vahid bir bazada saxlamaqdır.


 

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg