Naxçıvanda sertifikatlaşdırma imtahanlarında iştirak edəcək müəllimlərlə maarifləndirici görüş keçirilib

Aprelin 8-də Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərində Azərbaycan dili və Ədəbiyyat, riyaziyyat, ibtidai sinif, həmçinin  xarici dil tədris edən və  ilk dəfə olaraq təhsilverənlərin mərkəzləşdirilmiş qaydada keçirilən  sertifikatlaşdırma imtahanında  iştirak edəcək müəllimlərlə maarifləndirici görüş keçirilib.
Müəllimlərə dəstək məqsədilə keçirilən görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov bildirib ki, təhsilverənlərin sertifikatlaşdırılmasında əsas məqsəd ümumi təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan, ali və orta ixtisas təhsilinə malik təhsilverənlərin peşəkarlıq səviyyələrini və peşə yararlılıqlarını yoxlamaq, onların peşəkar inkişafına nail olmaqdır.

Ardını oxu...

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib

Martın 29-da Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə  təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə həsr olunan Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib.
Dövlət himninin səsləndərilməsi ilə başlanan forumda Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov forum iştirakçılarını salamlayaraq bildirib ki, son illərdə muxtar respublikada  aparılan islahatların əsas  tərkib hissəsini   təhsil siyasəti təşkil edib.  Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması ilə bağlı Sərəncamı da  təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvan Muxtar Respublikası Yazıçılar Birliyinin sədri, şair Asim Yadigar, Azərbaycan Respublikasının Xalq artistləri Rövşən Hüseynov və Həsən Ağasoyla görüş keçirilib

Martın 28 də Naxçıvan Muxtar Respublikası Təhsil   və Naxçıvan Muxtar Respublikası  Mədəniyyət nazirliklərinin birgə təşkilatçılığı ilə Naxçıvan Muxtar Respublikası Yazıçılar  Birliyinin sədri, şair Asim Yadigarın və  Azərbaycan Respublikasının Xalq artisti Rövşən Hüseynovun 70 illik yubileyləri,  Azərbaycan Respublikasının Xalq artisti Həsən Ağasoyun doğum günü münasibətilə onlarla  görüş keçirilib.

Ardını oxu...

Təhsil Tələbə Krediti Fondu Naxçıvanda ilk dəfə olaraq abituriyentlərlə görüş keçirib

Martın 27-də Təhsil Tələbə Krediti Fondu Naxçıvanda ilk dəfə olaraq muxtar respublikanın ümumtəhsil məktəblərinin buraxılış sinif şagirdləri ilə görüş keçirib.
Görüşdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin aparat rəhbəri vəzifələrinin müvəqqəti icraçısı Şikar Hüseynov  qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin tabeliyində Təhsil Tələbə Krediti Fondunun yaradılması ali təhsilə və aztəminatlı təbəqədən olan gənclərə dövlət qayğısının bariz nümunəsidir.

Ardını oxu...

Naxçıvanda “Yaşıl məktəb” layihəsinə start verilib

Naxçıvanda ilk dəfə olaraq “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə və “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunan “Yaşıl məktəb” layihəsinə başlanılıb.

Naxçıvan Muxtar Respublikası Təhsil, həmçinin Ekologiya və Təbii Sərvətlər nazirliklərinin birgə təşkilatçılığı ilə həyata keçirilən “Yaşıl məktəb” layihəsi  
çərçivəsində muxtar respublikanın ümumtəhsil müəssisələrinin ərazilərində reylefə uyğun 10000 meyvə və dekorativ ağaclarının əkilməsi nəzərdə tutulur.
Layihə çərçivəsində bu gün Naxçıvan  şəhərinin ümumtəhsil  məktəblərinin ərazilərində ilk ağacəkmə aksiyası keçirilib.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg