• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün1975
mod_vvisit_counterDünən703
mod_vvisit_counterBu həftə6617
mod_vvisit_counterBu ay2678
mod_vvisit_counterÜmumi2519494

Tarix: 02 May, 2024

Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib

Martın 29-da Naxçıvanda ilk dəfə olaraq Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin və Azərbaycan Respublikası Təhsil İnstitutunun birgə  təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyi”nə həsr olunan Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumu keçirilib.
Dövlət himninin səsləndərilməsi ilə başlanan forumda Naxçıvan Muxtar Respublikasının təhsil naziri vəzifələrinin icraçısı, nazir müavini Elxan Nəcəfov forum iştirakçılarını salamlayaraq bildirib ki, son illərdə muxtar respublikada  aparılan islahatların əsas  tərkib hissəsini   təhsil siyasəti təşkil edib.  Ölkə başçısı tərəfindən “Naxçıvan Muxtar Respublikasının Sosial-İqtisadi İnkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nın təsdiq olunması ilə bağlı Sərəncamı da  təhsilə göstərilən dövlət qayğısının bariz nümunəsidir. Bildirilib ki, muxtar respublikanın təhsil müəssisələrində infrastruktur və maddi-texniki bazanın gücləndirilməsi, kadr potensialının möhkəmləndirilməsi, innovativ layihələrin həyata keçirilməsi, informasiya-kommunikasiya texnologiyalarının geniş surətdə tətbiqi Dövlət Proqramına uyğun olaraq təhsil sahəsində atılan mühüm addımlardandır.
Elxan Nəcəfov müəllim və şagirdlərin bilik və  bacarıqlarının artırılması istiqamətində görülən işlərdən də danışaraq bildirib ki, Təhsil Nazirliyi tərəfindən tədris ili ərzində muxtar respublikanın ümumtəhsil məktəblərində dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya-biologiya olimpiadası, Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr- Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş VIII-XI sinif şagirdləri arasında Azərbaycan dili, riyaziyyat, xarici dil fənlərindən fənn müsabiqəsi, V-VIII sinif şagirdləri arasında Nəsrəddin Tusi adına fizika-riyaziyyat fənləri üzrə olimpiada keçirilib. Həmçinin məktəblilər Respublika Fənn Olimpiadalarında, Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələrində uğurlu nəticələr əldə ediblər. Ümumilikdə, 2023-2024-cü tədris ilində keçirilən olimpiada və müsabiqələrdə muxtar respublikanın ümumtəhsil məktəblərindən  27 mindən artıq şagirdin iştirakı təmin olunub.
Qeyd olunub ki, müəllimlərin bilik və bacarıqlarının artırılması məqəsdilə STEAM tədris edən müəllimlər üçün təlimlər keçirilib. Həmçinin  Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumunda  900-dən çox ibtidai sinif müəlliminin  iştirakı təmin olunub.
Diqqətə çatdırılıb ki, Naxçıvan Riyaziyyat Müəllimlərinin l Təhsil Forumuda bu sahədə həyata keçirilən tədbirlərin davamıdır.
Bildirilib ki, formun keçirilməsində məqsəd müxtəlif istiqamətlər üzrə şagird nailiyyətlərinin artırılmasında müəllimlərə dəstək olmaqdır.
Qeyd olunub ki, gələcəkdə digər fənlər üzrə də forumların keçirilməsi nəzərdə tutulur.
Elxan Nəcəfov forumun işinə uğurlar arzulayıb.
Forumda  Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının Təhsil İnstitutu, “Kapital Bank”, “Paşa Sığorta”, “Paşa Həyat Sığorta”  və “Kvant Akademiya”nın dəstəyi  ilə V-VIII sinif şagirdləri arasında keçirilən    Nəsirəddin Tusi adına Fizika-Riyaziyyat Olimpiadasının qaliblərinə mükafat və diplomlar təqdim olunub.
Sonra foruma start verilib. 300-ə yaxın riyaziyyat müəlliminin iştirakı ilə keçirilən  forumda Azərbaycan Respublikası Təhsil İnstitutunun direktor müavini, əməkdar müəllim, riyaziyyatçı Fuad Qarayev "Gələcəyi inşa edən riyaziyyatçı müəllim və istedadlı uşaqlar", təhsil üzrə tədqiqatçı, riyaziyyat müəllimi Afərin Əkbərli isə "Riyaziyyatın tədrisində müasir trendlər" mövzularında çıxış ediblər. Bildirilib ki, ibtidai siniflərdə oyun şəklində dərslər riyaziyyata qarşı böyük maraq oyadır. Belə ki, oyun şəklində təşkil olunan dərslərdə, uşaqlar öz aralarında rəqabət aparırlar, hətta kifayət qədər çətin mövzular belə, daha asan mənimsənilir. Qalib gəlmək arzusu onlara təslim olmamaqda, diqqəti mürəkkəb məsələlərin həllini tapmağa yönəltməkdə və  gözlənilməz həlləri tapmaqda kömək edir. Yuxarı siniflərdə isə, xüsusilə də çox sayda iştirakçı ilə təşkil olunan olimpiadalar daha səmərəlidir. Mütəmadi olaraq keçirilən bilik yarışları məktəblilərin istəyini motivasiya etməyə, fənn üzrə müəyyən uğurlar qazanmağa və liderliyə can atmağa kömək edir. Diqqətə çatdırılıb ki, məktəblilərin bacarıqlarının inkişaf etdirilməsində riyaziyyat müəlliminin rolu da vacibdir. Əgər müəllim öz fənninə ürəkdən bağlıdırsa, onda o, şagirdlərini də  tədris prosesinə cəlb edir.
Forumda müəllimlər tərəfindən verilən suallar cavablandırılıb və müzakirələr aparılıb.

 

 

 

 


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg