Noyabrın 24-də elm və təhsil naziri Emin Əmrullayev Naxçıvana səfəri çərçivəsində Babək rayonu Yarımca kənd tam orta məktəbində olub. Müəssisədə yaradılmış şəraitlə tanış olan elm və təhsil naziri tədris prosesi ilə maraqlanıb, şagird və müəllimlərlə söhbət aparıb. Məlumat verilib ki, məktəb 2004-cü ildə istifadəyə verilib. 2016-cı ildə isə əsaslı təmir olunub. 342 yerlik məktəb binasında hazırda 300-dən çox şagirdin təlim-tərbiyəsi ilə 35 müəllim məşğul olur.
Ardını oxu...
|
İş adamlarının və özəl təhsil müəssisələrinin diqqətinə! Bildiyiniz kimi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” təsdiq edilmişdir. Dövlət Proqramının müvafiq prioritet istiqamətlərinə daxil olan Muxtar Respublikada əlverişli biznes mühitinin yaradılması və sosial sektorun inkişafı istiqamətləri üzrə özəl sektor tərəfindən sosial xidmətlərin əhatə dairəsinin genişləndirilməsi və özəl təhsil müəssisələrinin yaradılması üçün sahibkarlar arasında təşviqat işlərinin aparılması nəzərdə tutulmuşdur.
Ardını oxu... Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi, Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev və Təhsil Nazirliyi Aparatının sektor müdiri Gülxanım Orucova çıxış edərək uşaqları 20 noyabr-Ümumdünya Uşaq Gunu münasibəti ilə təbrik ediblər.
Ardını oxu... Noyabrın 16-dan başlayaraq Naxçıvan Muxtar Respublikasında Məktəbəqədər Təhsil Müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiya olunur. Bu məqsədlə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi –texniki bazasının, pedaqoji və texniki heyətinin, uşaqların ümumi məlumatlarının sistemə inteqrasiyası həyata keçirilir və bu prosesi həyata keçirəcək əməkdaşlar üçün təlimlər təşkil olunur. Qeyd edək ki, bu günə kimi Naxçıvan Muxtar Respublikasındakı Məktəbəqədər Təhsil Müəssisələri ümumölkə informasiya sistemlərinə inteqrasiya olunmamışdı.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan diyarının görkəmli oğlu, dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə olimpiada keçiriləcək. Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.
Ardını oxu... |
|