Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində (2023-ci il 20 oktyabr-20 noyabr) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə muxtar respublikanın şəhər və rayonlarındakı ümumi təhsil müəssisələrində “Əmək qanunvericiliyində uşaq hüquqları” mövzusunda 200-dən artıq şagird üçün maarifləndirici seminar keçirilib.
Seminarda şagirdlərə əmək qanunvericiliyinin tələbləri, 15-18 yaş arası şəxslər üçün əmək müqaviləsinin bağlanılması qaydaları, iş şəraitinin şərtləri, onlar üçün nəzərdə tutulan təminat və güzəştlər barədə məlumatlar diqqətə çatdırılıb.
Şagirdlər təlim zamanı öyrəndikləri məlumatlar əsasında inşa yazıblar.
Sonda onları maraqlandıran suallar cavablandırılıb, mövzu barədə müzakirələr aparılıb, slayd və video çarx nümayiş etdirilib.
#Naxçıvan MRTəhsilNazirliyi
#ƏƏSMN #DƏMX #Uşaqhüquqlarıaylığı