102 tələbəyə Prezident təqaüdü veriləcək

Ölkə Prezidenti cənab İlham Əliyev “2023–2024-cü tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi haqqında” sərəncam imzalayıb.

Sərəncama əsasən 2023–2024-cü tədris ilində tələbə qəbulu imtahanlarında ixtisas qrupları üzrə ən yüksək nəticələr göstərmiş və Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş 102 tələbəyə Prezident təqaüdü veriləcək.

https://president.az/az/articles/view/61708

#EduAz

Şöbə və sektor müdirləri ilə görüş keçirilib

Oktyabrın 17-də Naxçıvan Muxtar Respublikasının  təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icraçısı Elxan Nəcəfov nazirliyin şöbə və sektor  müdirləri, həmçinin şəhər, rayon təhsil şöbələrinin müdirləri ilə görüş keçirib.

Şagirdlərin elektron yerdəyişməsi prosesinə start verilir

23 oktyabr saat 15:00-dan 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək. Şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.
Eyni zamanda müxtəlif səbəblərdən 10-cu  siniflərə qeydiyyat üçün gecikən şagirdlər 23 – 31 oktyabr tarixləri arasında ümumi təhsil müəssisələrinə qəbul üçün müraciət edə bilərlər.
Qeyd edək ki, 10-cu siniflərə şagirdlərin qəbulu da şagird yerdəyişməsi elektron sistemi (www.sy.edu.az)  vasitəsilə aparılacaq.
Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsinə başlanılacağı tarix barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Elxan Nəcəfov Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov oktyabrın 16-da Elxan  Tarqulu oğlu Nəcəfovun Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini təyin edilməsi haqqında Sərəncam imzalayıb.
Elxan Nəcəfov həm də Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edəcək.
Qeyd edək ki, 1982-ci ildə Babək rayonunun Nehrəm kəndində anadan olan Nəcəfov Elxan Tarqulu oğlu bu təyinatadək Lənkəran-Astara Regional Təhsil İdarəsinin müdiri vəzifəsində çalışıb. O, bu gün kollektivə təqdim edilib.

Naxçıvanın bir sıra təhsil işçilərinə "Əməkdar müəllim" fəxri adı verilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar  İbrahimov oktyabrın 10-da “Əməkdar müəllim” fəxri adının verilməsi haqqında Sərəncam imzalayıb.
Sərəncamda deyilir:
Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 30-cu maddəsini və 5-ci maddəsinin II hissəsinin 21-ci bəndini rəhbər tutaraq qərara alıram:
Naxçıvan Muxtar Respublikasında təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə:
Babayeva Gülnar Həsən qızı
Cəfərova Ruhiyyə Orucəli qızı
Əliyev Zülfəli Novruzəli oğlu
Əliyeva Lamiə Səftər qızı
Əliyeva Vəsilə Tahir qızı
Həsənova Sara Məmməd qızı
Hüseynova Sənubər Cəbi qızı
Məmmədova Əfsanə Yaqub qızı
Məmmədova Rəxşəndə Mahmud qızı
Nəsirov Əsgər Vəli oğlu
Sadıqbəyli Turac Ağa qızı
Səyyadova Aynur Rəhim qızına – “Əməkdar müəllim” fəxri adı verilsin”.

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg