Dekabrın 30-da Naxçıvan şəhərindəki Duzdağ oteldə Ümummilli Lider Heydər Əliyevin 100 illiyi və 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə həsr olunmuş 2023-cü ilin təhsil yekunlarına dair mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbriklərini çatdıran Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli geridə qoyduğumuz ili ölkəmiz üçün əlamətdar il kimi dəyərləndirib. Vurğulayıb ki, 2023-cü ili Azərbaycan tarixinə şanlı səhifə kimi yazan Müzəffər Ali Baş Komandanımızın qətiyyəti və qüdrətli ordumuzun şücaəti sayəsində dövlət bayrağımız Azərbaycanın bütün bölgələrində dalğalanır. Bu gün Xankəndidə sosial tədbirlər keçirilir, Şuşada mədəni-kütləvi layihələr reallaşdırılır. Biz bu uğura xalq-iqtidar birliyi sayəsində nail olmuşuq.
Fuad Nəcəfli qeyd edib ki, bu il anadan olmasının 100-cü ildönümünü böyük uğurlarla və fəxarətlə qeyd etdiyimiz Ümummilli Liderimiz Heydər Əliyev hər zaman sülhün tərəfdarı olub. Ulu Öndərimizin humanist və bəşəri ideyaları Heydər Əliyev Fondu tərəfindən təbliğ edilir. Bütün bu uğurları Naxçıvanda da çox yüksək enerji ilə qeyd edirik. Ölkəmizin digər bölgələri kimi muxtar respublikada da uğurlu sosial-iqtisadi islahatlar həyata keçirilir. Prezident cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənmiş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı” icra olunur. 11 prioritet sahəni əhatə edən dövlət proqramının ən önəmli hədəflərindən biri də təhsilin hərtərəfli inkişafına nail olmaqdır.
Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, 2018-ci ildən sonra Naxçıvan təhsilində müəyyən geriləmələr müşahidə olunub. Buna görə də bu ildən muxtar respublikada təhsil sahəsində müəyyən kadr islahatları həyata keçirilib. Dövlət proqramından irəli gələn tədbirlərin icrasının və keçirilən islahatların muxtar respublika təhsilini daha böyük inkişafa aparacağına əminliyini bildirən Fuad Nəcəfli bu sahədə əməyi olan hər kəsə təşəkkür edib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Elxan Nəcəfov çıxış edərək təhsil sahəsində son 3 ayın statistikasını və 2024-cü ildə qarşıda duran əsas fəaliyyət istiqamətlərini diqqətə çatdırıb. Qeyd edib ki, “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”ndan irəli gələn məsələlərin icrası, hüquqi normativ bazanın təkmilləşdirilməsi, müəllimlərin peşəkar inkişaf ehtiyaclarının müəyyənləşdirilməsi, direktorların və direktor müavinlərinin, müəllimlərin işə qəbulu müsabiqələrinin, təhsilverənlərin sertifikatlaşdırılması prosesinin keçirilməsi, müxtəlif istiqamətlər üzrə şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi, Cəlil Məmmədquluzadə adına humanitar fənlər, Nəsrəddin Tusi adına riyaziyyat və Hüseyn Cavid adına mütaliə müsabiqələrinin keçirilməsi qarşıda duran əsas hədəflərdəndir.
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədr müavini, Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədri Qəzənfər Abdullayev təhsil sahəsinin inkişafının, müəllimlərin sosial vəziyyətinin yaxşılaşdırılmasının, cəmiyyətdə müəllimin nüfuzunun daha da artırılmasının daim dövlət siyasətinin mühüm istiqamətlərindən biri olduğunu bildirib, Təhsil Nazirliyi ilə birgə il ərzində keçirilən tədbirlər barədə məlumat verib.
Sonra mükafatlandırma mərasimi olub.
Səlahiyyətli nümayəndə Fuad Nəcəfli ümumtəhsil müəssisələrində pedaqoji fəaliyyət göstərən şəhid valideynlərinə mükafatları təqdim edib, onlarla xatirə fotosu çəkdirib.
Tədbirdə Təhsil Nazirliyinin və təhsil şöbələrinin bir qrup əməkdaşına, eləcə də səmərəli pedaqoji fəaliyyətinə görə fərqlənən müəllimlərə, o cümlədən məktəblərdə hərbi rəhbər vəzifəsində çalışan qazilərə də mükafatlar təqdim edilib.
Həmçinin təhsilin inkişafındakı xidmətlərinə, gənc nəslin təlim-tərbiyəsi sahəsində yüksək nailiyyətlər əldə etdiklərinə görə bir sıra təhsil işçisi “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunub.
2023-cü il ərzində bir sıra uğurlar əldə etmiş şagirdlər də unudulmayıb. Təhsildə, beynəlxalq və ölkədaxili olimpiada, müsabiqə və yarışlarda uğur qazanmış, müxtəlif idman yarışlarının qalibi olmuş şagirdlərə mükafatlar təqdim olunub.
Tədbir bədii hissə ilə davam edib.