Yanvarın 11-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ilk dəfə keçirilən dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş kimya-biologiya olimpiadasının qaliblərinin mükafatlandırma tədbiri keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının sektor müdiri Məmməd Bayramov olimpiadanın əhəmiyyəti və təşkilarti işlər barədə məlumat verib. Naxçıvan Muxtar Respublikası təhsil naziri vəzifələrinin icracısı, nazir müavini Elxan Nəcəfov olimpiada qaliblərini təbrik edərək bildirib ki, məktəblilərin istedadlarının üzə çıxarılması, fənlərə olan marağının artırılması və beynəlxalq olimpiadalara namizəd şagirdlərin müəyyən edilməsi məqsədilə ilk dəfə müxtar respublikanın təhsil müəssisələrinin VIII-IX sinif şagirdlər arasında Akademik Yusif Məmmədəliyevə həsr olunmuş kimya-biologiya olimpiadası keçirilmişdir. Qeyd olunmuşdur ki, ki, müxtəlif istiqamətlər üzrə şagirdlərin təlim nailiyyətlərinin yüksəldilməsi üçün 2023-2024-cü tədris ilində də Cəlil Məmmədquluzadə adına humanitar fənlər, Nəsrəddin Tusi adına riyaziyyat və Hüseyn Cavid adına mütaliə müsabiqələri keçiriləcək.
Sonra qaliblərin mükafatlandırma tədbiri keçirilib. Tədbirdə olimpiadada ən yüksək nəticə göstərərək qalib olan 13 şagirdə Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən diplom və qiymətli hədiyyələr təqdim olunub.