“20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib

Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi ilə əlaqədar “20 noyabr-Ümumdünya Uşaq Günü” münasibətilə tədbir keçirilib.
Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səsləndiriliməsi, Ümummilli lider Heydər Əliyevin və şəhidlərin əziz xatirələrinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi sədrinin müavini Aytən Məmmədova, Naxçıvan  Muxtar Respublikasının Mədəniyyət Nazirliyinin aparat rəhbəri Piri Nağıyev və Təhsil Nazirliyi Aparatının sektor müdiri Gülxanım Orucova çıxış edərək uşaqları 20 noyabr-Ümumdünya Uşaq Gunu münasibəti ilə təbrik ediblər.

Ardını oxu...

Naxçıvanda uşaq bağçalarına qəbul artıq elektron sistem üzərindən aparılacaq

Noyabrın 16-dan başlayaraq Naxçıvan Muxtar Respublikasında Məktəbəqədər Təhsil Müəssisələri ümumölkə informasiya sisteminə inteqrasiya olunur. Bu məqsədlə   Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən məktəbəqədər təhsil müəssisələrinin maddi –texniki bazasının, pedaqoji və texniki heyətinin, uşaqların ümumi məlumatlarının  sistemə inteqrasiyası həyata keçirilir və bu prosesi həyata keçirəcək  əməkdaşlar üçün təlimlər təşkil olunur.
Qeyd edək ki, bu günə kimi Naxçıvan Muxtar Respublikasındakı  Məktəbəqədər Təhsil Müəssisələri  ümumölkə informasiya sistemlərinə  inteqrasiya olunmamışdı.

Ardını oxu...

Məktəblilər arasında kimya-biologiya olimpiadası keçiriləcək

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  təşkilatçılığı ilə Naxçıvan diyarının görkəmli oğlu, dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya və biologiya fənləri üzrə olimpiada keçiriləcək.
Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.

Ardını oxu...

“Uşaq hüquqları aylığı” çərçivəsində ümumi təhsil məktəblərində tədbirlər təşkil olunub

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində (2023-ci il 20 oktyabr-20 noyabr) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə  muxtar respublikanın şəhər və rayonlarındakı ümumi təhsil müəssisələrində “Əmək qanunvericiliyində uşaq hüquqları” mövzusunda 200-dən artıq   şagird üçün  maarifləndirici seminar keçirilib.

Ardını oxu...

STEAM təhsil metodu üzrə təkmilləşdirmə təliminə start verilib

Noyabrın 13-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün  STEAM Təlim –Tədris Mərkəzində təlimlərə başlanılıb.
Təhsil Nazirliyinin təlimçi-mütəxəssisləri Fuad Babayev,  Ceyran Məmmədova,  və Ələkbər Əliyev  tərəfindən keçirilən təlimdə müəllimlərə proqram əsasında STEAM təhsilinin mahiyyəti, "STEAM metodologiyaları", "Arduino”, “Mikrobit”, "Robototexnika", "3D modelləşdirmə" və "3D çap modulları" ilə bağlı geniş məlumatlar verilir. Həmçinin  təlimlər çərçivəsində müəllimlərə STEAM düşüncəsi və metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər aşılanır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg