• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün393
mod_vvisit_counterDünən846
mod_vvisit_counterBu həftə8211
mod_vvisit_counterBu ay44655
mod_vvisit_counterÜmumi2928794

Tarix: 22 Dek., 2024

Naxçıvanda ilk dəfə olaraq İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu keçirilib

Naxçıvan şəhərində dekabrın 21-də Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunan İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumu keçirilib.

Forumda Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli çıxış edərək, Naxçıvanda ilk dəfə təşkil olunan forumun işinə uğurlar arzulayıb. Fuad Nəcəfli bildirib ki, forumda Heydər Əliyevin təhsil sahəsindəki əvəzsiz xidmətləri bir daha təhlil olunsun, bu sahədə müəyyənləşdirdiyi vəzifələr prioritetləşdirilərək əsas fəaliyyət istiqaməti kimi götürülsün. Belə ki, Sovetlər Birliyi dövründə Ulu Öndərin rəhbərliyi ilə digər İttifaq respublikalarından fərqli olaraq Azərbaycanda təhsil milli maraqlara uyğunlaşdırılmış, hərbi təhsil sisteminin və milli kadr hazırlığının əsası qoyulmuşdur. Bununla yanaşı ötən əsrin 70-ci illərində Azərbaycanda gənclərin ümumi orta təhsilə keçidini başa çatdırmaq, ümumtəhsil məktəblərini daha da inkişaf etdirmək və kənd ümumtəhsil məktəblərinin iş şəraitini daha da yaxşılaşdırmaq haqqında qərarların qəbul olunması ölkəmizdə orta məktəb şəbəkəsini genişləndirmiş, ümumtəhsil məktəblərinin sayı üç dəfədən çox artmış, əsaslı keyfiyyət dəyişikliyinə nail olunmuşdur.

Fuad Nəcəfli qeyd edib ki, müstəqillik dövründə də ulu öndərin rəhbərliyi ilə sosial-iqtisadi həyatın bütün istiqamətlərində, o cümlədən təhsil sahəsində yeni dövrün tələblərinə uyğun islahatlar həyata keçirilmiş, zəngin qanunvericilik bazası yaradılmış, təhsil sisteminin maddi-texniki bazası yaxşılaşdırılmışdır.

 

Azərbaycanda dünyanın inkişaf etmiş ölkələrinin təcrübəsinə uyğun təhsil strategiyası həyata keçirilmiş, təhsil sisteminin strukturunda, idarə edilməsində, məzmununda, kadr hazırlığı və təminatında əsaslı dəyişikliyə nail olunmuşdur.

Səlahiyyətli nümayəndə diqqətə çatdırıb ki, təhsilin inkişafı sahəsində ölkəmizdə qazanılan nailiyyətlər, formalaşan intellektual potensial dahi şəxsiyyətin müəllifi olduğu təhsil strategiyasının bəhrələridir.

Bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev təhsil quruculuğunu və insan kapitalının formalaşdırılmasını başlıca hədəf kimi müəyyənləşdirmişdir.

Azərbaycanda genişmiqyaslı və əhatəli təhsil islahatları həyata keçirilir. Ölkəmizdə iqtisadi inkişafla yanaşı, ixtisaslı kadr hazırlığı, sağlam və təhsilli gəncliyin, ən əsası isə insan kapitalının formalaşdırılması da dövlət siyasətinin başlıca hədəfidir. Ölkə Prezidenti bu reallığı düzgün qiymətləndirərək təhsilyönümlü inkişaf üçün geniş imkanlar yaradır.

Fuad Nəcəfli vurğulayıb ki, təhsil inkişaf edirsə, demək iqtisadiyyatın bütün sahələri inkişaf edir. Əks təqdirdə heç bir nailiyyətdən danışmaq olmaz. Hazırda muxtar respublikada bu reallıq düzgün dəyərləndirilir, təhsil islahatlarının əhatə dairəsi genişləndirilir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2023-cü il 5 iyun tarixli Sərəncamı ilə təsdiq olunmuş “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda təhsil sahəsində mühüm tədbirlərin müəyyənləşdirilməsi də bu məqsədə xidmət edir. Dövlət Proqramında yeni məktəb binalarının tikilməsi, əmək bazarının tələblərinə cavab verən müasir tipli peşə məktəblərinin yaradılması, ümumtəhsil məktəblərində təhsilin keyfiyyətinin artırılması, təhsil sahəsi üzrə dövlət xidmətlərinin inkişaf etdirilməsi başlıca hədəf kimi götürülmüşdür. Artıq nəzərdə tutulan bir çox tədbirlərin icrasına başlanılıb ki, bütün bunlar da muxtar respublika təhsilinin inkişafında yeni mərhələnin əsasını qoyacaqdır.

Səlahiyyətli nümayəndə bildirib ki, təhsilin əsasını müəllim əməyi və müəllim peşəkarlığı təşkil edir. Tarixin bütün dövrlərində müəllim adı fədakarlıq, vətənpərvərlik, gələcəyə cavabdehlik anlayışları ilə eyniləşdirilmişdir. Bu mənada müəllimlərin üzərinə mühüm vəzifələr düşür. Yaşadığımız dövrdə peşəsini sevən, gəncliyə qayğı ilə yanaşan kamil müəllimlərə böyük ehtiyac vardır. Çünki ölkəmizin gələcəyi sizin fəaliyyətinizdən, verəcəyiniz təhsil və tərbiyənin səviyyəsindən asılıdır. Dünyagörüşlü, yenilikləri qiymətləndirməyi bacaran, savadlı və vətənpərvər gənclər yetişdirmək qarşınızda duran əsas vəzifələrdir. Ümummilli liderimiz Heydər Əliyev də deyirdi ki, “Azərbaycan müəllimlərinin bir məqsədi, bir amalı olmalıdır: Azərbaycanımızı çiçəklənən, inkişaf etdirən, firavan, qüdrətli bir dövlətə çevirməyə qadir, müstəqillik ideyalarına sadiq, özünü Vətənin azadlığı naminə fəda etməyə hər an hazır olan, yeni təfəkkür tərzini qavrayaraq müasir tələblərə cavab verən sağlam əqidəli, milli ruhlu nəsil yetişdirmək”. Ölkə Prezidenti cənab İlham Əliyev də təhsilin inkişafını müəllimlərin fəaliyyəti ilə bağlayaraq demişdir: “Təhsilin səviyyəsi müəllimlərin peşəkarlığından asılıdır”. Doğrudan da müəllim peşəkar və tələbkar deyilsə, onda yaradılan ən müasir tədris şəraitinin də heç bir mənası yoxdur.

Fuad Nəcəfli İbtidai Sinif Müəllimlərinin Naxçıvan Forumunun sadalanan ali məqsədləri diqqətə alaraq təhsilin inkişafında yeni hədəflərin müəyyənləşdirilməsi işinə öz töhfəsini verəcəyinə inandığını vurğulayıb.

Forumda Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Elxan Nəcəfov çıxış edərək, təhsilin gələcək prioritetləri, təhsilalanların sertifikasiya prosesinin təhsil sisteminin keyfiyyətinə təsirindən, təhsil sisteminin yaxşılaşması istiqamətindən bəhs edib.

Daha sonra Nazim Bababəyli, Aqil Kərimzadə və İltifat Bektaşi gələcəyimizin qayğısına qaldıqları üçün “Nəsib bəy Yusifbəyli” adına mükafatla təltif olunublar. Azərbaycan Dövlət Pedaqoji Universitetinin strateji inkişaf məsələləri üzrə prorektoru Könül Pirverdiyeva, institutun müəllimləri Yulya Kərimova və Leyla Abbaslı müəllimlərin inkişafına dəstək olmaq, onları maarifləndirmək üçün maraqlı mövzularla çıxış ediblər. Spikerlərin çıxışları təhsilin önəmi, bununla bağlı atılan addımlar və müxtəlif yanaşmalarla bağlı olub, dinləyicilərin yeni, faydalı məlumatlar almasına kömək edib.

Milli Məclisin deputatı, Naxçıvan Gənclər Fondunun icracı direktoru Cəbi Quliyev və forumun təşkilat komitəsinə sədrlik edən “Çinar Yayımları” nəşriyyatının təsisçisi Bəhram Oruclu da fikirlərini bölüşüblər.

Forumda Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin ilk dəfə təsis etdiyi “Maarifçi təqaüdü” birliyin sədri Tural Axundov tərəfindən Naxçıvandan olan iki şəhid övladına təqdim olunub. İlk təqaüdçülər şəhid Sadiq Həsənovun qızı Lalə Həsənzadə və şəhid Elməddin Meydanovun oğlu Əli Meydanlı olub. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının sədri Rüfət Əsədzadə İSMF təşkilat komitəsi tərəfindən Təhsilverənlərin sertifikatlaşdırılması imtahanında 95%-dən yüksək nəticə göstərən, təhsil sahəsində uğur qazanmış müəllimlərə “Uğur” mükafatını verib.

Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Gənclər Fondu, Azərbaycan Gənc Müəllimlər Assosiasiyası, “Çinar Yayımları” nəşriyyatı, Azərbaycan Kitab, Maarif və Poliqrafçılar İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Dövlət Pedaqoji Universitetinin, Təhsil Nəşriyyatı və “Everest” nəşriyyat evinin rəsmi tərəfdaşlığı ilə keçirilən forumda 900-dan çox Naxçıvan ibtidai sinif müəllimləri iştirak ediblər.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg