Dekabrın 25-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katib-makinaçı vəzifələri üzrə qəbul müsabiqəsinin müsahibə mərhələsinə başlanılıb.
Bu gün tədris–köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsi ilk olaraq katib-makinaçılar üçün keçirilib və nəticələr elan olunub.
Qeyd edək ki, 5 fevral 2024-cü ilə kimi davam edəcək müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılır. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılır.