Dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə ilk dəfə olaraq müsabiqə keçirilmişdir. Müsabiqədə sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.
Təhsil Nazirliyi tərəfindən müsahibə mərhələsində iştirak hüququ qazanmış namizədlər üçün zəruri biliklərə dair müsahibə proqramı hazırlanmışdır.