Dekabrın 23-də Naxçıvan şəhər 11 nömrəli tam orta məktəbdə dünya şöhrətli kimyaçı alim, akademik Yusif Məmmədəliyevə həsr olunmuş VIII–IX sinif şagirdləri arasında kimya-biologiya olimpiadasının final mərhələsi keçirilib. Olimpiadada final mərhələsinə iştirak hüququ qazanan 39 şagird iştirak edib.
Olimpiadada şagirdlərə hər fəndən 25 sual təqdim olunub və onlara 180 dəqiqə vaxt ayrılıb. Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə keçirilən olimpiada məktəb, rayon, muxtar respublika olmaqla 3 turdan ibarət olub. Qaliblər Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tərəfindən fəxri fərman və qiymətli hədiyələrlə təltif olunacaq.
Olimpiadanın keçirilməsində əsas məqsəd istedadlı şagirdləri aşkar etmək, onların potensial imkanlarının inkişafını təmin etmək, beynəlxalq olimpiadalara namizəd şagirdləri müəyyənləşdirməkdən ibarətdir.