Muxtar respublikada ilk dəfə olaraq dekabrın 9-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində vakant olan təsərrüfat müdiri, təsərrüfat işləri üzrə direktor müavini, kitabxana müdiri, kitabxanaçı, uşaq birliyi təşkilatının rəhbəri, psixoloq, laborant və katibə-makinaçı vəzifələri üzrə imüsabiqə keçirilmişdir. Müsabiqədə sualların 50 faiz və daha çoxunu düzgün cavablandırmış namizədlər müsabiqənin test mərhələsində keçid balını toplamış sayılmış və müsahibə mərhələsinə buraxılmışdır.
Qeyd edək ki, müsahibə mərhələsinə iştirak hüququ qazanmış namizədlər üçün 25 dekabr 2023-cü il- 5 fevral 2024-cü il tarixləri arasında Naxçıvan STEAM Təlim-Tədris Mərkəzində müsahibə təşkil olunacaq. Namizədlər test imtahanının keçiriləcəyi məkana imtahanın başlayacağı vaxtdan 1 saat əvvəl gəlməlidirlər. Müsahibəyə çağırılan namizədlər göstərilən tarixdə müvafiq sənədləri- diplom və ona əlavəni, şəxsiyyət vəsiqəsini, şəhid ailəsinin üzvü isə vəsiqəsini müsahibə komissiyasına təqdim etməlidirlər. Hər hansı bir səbəbdən göstərilən vaxtda müsahibədə iştirak etməyənlər üçün təkrar müsahibə keçirilməyəcək.
Müsahibədə namizədlərin vəzifə bilikləri, peşəkar kompetensiyaları, psixoloji hazırlığı və dünyagörüşü müvafiq meyarlar əsasında 5 ballıq şkala ilə müvafiq komissiya tərəfindən yoxlanılacaq. Namizədlər meyarlar üzrə ortalama 2,5 bal topladıqda bu mərhələni uğurla keçmiş sayılacaq. Müsahibə mərhələsinin nəticəsinə əsasən keçid balını toplamış bir neçə namizəd olduqda ən yüksək nəticə göstərmiş namizəd müvafiq vəzifəyə təyin olunacaq.
Müsahibə mərhələsində şəhid ailəsinin üzvü vəsiqəni təqdim etdiyi halda topladıqları bala ümumi müsahibə balının 10 faizi (0,5 bal) əlavə olunacaq.
Müsahibədə ali və orta ixtisas təhsilli namizəd tərəfindən eyni bal toplanıldıqda, ali təhsilli namizədə, keçid balını toplamış namizədlərin hamısı ali təhsilli və ya orta ixtisas təhsilli olduqda stajı daha çox olan, staj eyni olduqda isə diplom göstəriciləri daha yaxşı olan namizədə üstünlük veriləcək.
Qeyd edək ki, müsabiqə nəticəsində ehtiyat kadrlar siyahısının tərtib edilməsi nəzərdə tutulmur. Müsabiqənin nəticələrinə görə hər bir vəzifə üzrə boş qalan yerlər üçün ehtiyac olduğu halda müddətli müqavilə ilə əlavə yerləşdirmə keçiriləcək. Bu zaman müsahibədə toplanılan bal ardıcıllığı nəzərə alınacaq. Əlavə yerləşdirmədə namizəd yalnız müsabiqədə iştirak etdiyi müəssisənin tabe olduğu yerli təhsili idarəetmə orqanı üzrə vakant olan yerlərə təyin oluna biləcəklər.
Müsabiqənin nəticələri ilə bağlı apellyasiya şikayətinə müsabiqə başa çatdıqdan sonra apellyasiya komissiyası tərəfindən 1 (bir) həftə ərzində baxılacaq.

Tədris –köməkçi heyət vəzifələri üzrə işə qəbul müsabiqəsinin müsahibə mərhələsinin qrafiki