“Uşaq hüquqları aylığı” çərçivəsində ümumi təhsil məktəblərində tədbirlər təşkil olunub

Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) elan etdiyi “Uşaq hüquqları aylığı” çərçivəsində (2023-ci il 20 oktyabr-20 noyabr) Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin birgə təşkilatçılığı ilə  muxtar respublikanın şəhər və rayonlarındakı ümumi təhsil müəssisələrində “Əmək qanunvericiliyində uşaq hüquqları” mövzusunda 200-dən artıq   şagird üçün  maarifləndirici seminar keçirilib.

Ardını oxu...

STEAM təhsil metodu üzrə təkmilləşdirmə təliminə start verilib

Noyabrın 13-dən Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumi təhsil müəssisələrində STEAM tədris edən müəllimlər üçün  STEAM Təlim –Tədris Mərkəzində təlimlərə başlanılıb.
Təhsil Nazirliyinin təlimçi-mütəxəssisləri Fuad Babayev,  Ceyran Məmmədova,  və Ələkbər Əliyev  tərəfindən keçirilən təlimdə müəllimlərə proqram əsasında STEAM təhsilinin mahiyyəti, "STEAM metodologiyaları", "Arduino”, “Mikrobit”, "Robototexnika", "3D modelləşdirmə" və "3D çap modulları" ilə bağlı geniş məlumatlar verilir. Həmçinin  təlimlər çərçivəsində müəllimlərə STEAM düşüncəsi və metodikası, fənlərarası əlaqə, layihə əsaslı öyrənmə, innovativ təlim metodikaları və digər bu kimi istiqamətlərdə praktik biliklər aşılanır.

Ardını oxu...

Eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır

Əvvəlki illərdə ümumi təhsil müəssisələrini ümumi orta (IX) və tam orta (XI) təhsil səviyyəsi üzrə başa vura bilməyən şəxslər üçün eksternat qaydasında keçiriləcək imtahanlara sənəd qəbulu başlayır.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən təhsil müəssisələrində əvvəlki illərdə təhsil almış, lakin ümumi orta və ya tam orta təhsil səviyyəsini başa vura bilməyən şəxslərin sənəd qəbulu 13 noyabr 2023-cü il tarixdən - 15 dekabr 2023-cü il tarixədək həyata keçiriləcək.

Ardını oxu...

Respublika fənn olimpiadalarına qeydiyyat başlayır

Respublika fənn olimpiadalarında iştirak üçün elektron qeydiyyat prosesinə start verilir. Prosesə bu gün saat 15:00-dan başlanılacaq. Şagirdlər https://portal.edu.a

platforması üzərindən qeydiyyatdan keçməklə “Müsabiqə və olimpiadalar” bölməsində müvafiq xidmətdən faydalana bilərlər:

  • 13 – 23 noyabr tarixlərində qeydiyyat və sorğuların qəbul edilməsi;
  • 28 noyabrdan buraxılış vərəqələrinin şəxsi kabinet vasitəsilə əldə edilməsi prosesi həyata keçiriləcək.

Qeyd edək ki, respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi informatika fənni üzrə dekabrın 16 (8-9-cu siniflər) və 17-də  (10-11-ci siniflər), digər fənlər üzrə isə dekabrın 24-də keçiriləcək.


Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar +994 50 791 46 31 nömrəsinə “WhatsApp” üzərindən müraciət etmək mümkündür.


Fənn olimpiadalarının keçirilməsində məqsəd şagirdlərdə özünəinam hissini gücləndirmək, ayrı-ayrı fənlər üzrə istedadı və yaradıcı təfəkkürü ilə fərqlənənləri aşkar etməklə onların potensial imkanlarının inkişafı istiqamətində tədbirlər müəyyənləşdirmək, həmçinin məktəblilərin ixtisas və peşə seçiminə hazırlanması üçün zəmin yaratmaqdır.


Fənn olimpiadaları Kapital Bankın baş sponsorluğu ilə təşkil edilir.

“Vətən Əmanəti” mövzusunda tədbir keçirilib

Noyabrın 7-də Naxçıvan şəhər Gənclik Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Həmkarlar İttifaqları Şurasının təşkilatçılığı ilə  8 noyabr - Zəfər gününə həsr olunmuş “Vətən Əmanəti” adlı tədbir keçirilib.
Tədbirin əvvəlində Ulu Öndər Heydər Əliyevin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli xalqımızın Ümummilli Lideri Heydər Əliyevin layiqli davamçısı müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə edilən Zəfərdən danışıb, bu tarixi günləri unudulmaz edənlərə – Ali Baş Komandanımızın iradəsini gerçəkləşdirən, qəhrəmanlıq salnaməsini yazan güclü Ordumuza, şəhidlərimizə, igid qazilərimizə borclu olduğumuzu bildirib. “Şəhidlərimiz başımızın tacıdır” deyən Samir Seyidəhmədli qeyd edib ki, onları daim ehtiramla yad etməli, qazilərimizin cəmiyyətə inteqrasiyası və sağlamlığının bərpasına dəstək olmalıyıq.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg