Məktəblilər arasında teatr müsabiqəsi keçirilib

Naxçıvan Şəhər Təhsil Şöbəsi, Gənclər və İdman İdarəsi, Naxçıvan Dövlət Uşaq,  “Yeni Era” Uşaq və Gənclər teatrlarının təşkilatçılığı,  "Alya" kitab- dəftərxana mağazasının dəstəyi ilə Naxçıvan  şəhər ümumtəhsil məktəblərinin komandaları arasında “Gənc aktyorlar” adlı teatr müsabiqəsi keçirilib.
Noyabrın 3-də  Naxçıvan Dövlət Uşaq Teatrında final mərhələsinə vəsiqə qazanan  3, 9, 12 və 14 nömrəli tam orta məktəblərin komandalarının tamaşası izlənilib və münsiflər heyəti tərəfindən müvafiq balla qiymətləndirilib. Belə ki, 14 nömrəli tam orta məktəbin komandası I yerə, 9 nömrəli tam orta məktəbin komandası II yerə, 3 nömrəli tam orta məktəbin komandası III yerə, 12 nömrəli tam orta məktəbin komandası isə həvəsləndirici yerə layiq görülüb.
Sonda I yeri tutan komandanın üzvlərinə "Alya" kitab və dəftərxana mağazasının hədiyyələri,  fərqlənən komandalara və komanda üzvlərinə isə  təşkilatçıların diplomları təqdim olunub.

Müsabiqə qalibləri ilə görüş keçirilib

Noyabrın 3-də Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsi, “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı onlayn videoçarx və foto müsabiqəsində qalib olan şagirdlərlə görüş keçirilib.
Görüşdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Fəxri fərmanı, medal  və hədiyyələri şagirdlərə təqdim olunub.
Qeyd edək ki, Kenquru Beynəlxalq Riyaziyyat Müsabiqəsində 1-i qızıl, 2-si gümüş, 2-si isə bürünc medala layiq görülməklə ümumilikdə 5 şagirdimiz qalib olub.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri və uşaq-gənclər inkişaf mərkəzlərinin dərnək üzvləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Mən fəxr edirəm ki, azərbaycanlıyam!” adlı videoçarx və foto müsabiqəsində isə 2 məktəblimiz qalib olub.

Təhsil müəssisələrinin rəhbərləri ilə görüş keçirilib

Naxçıvan şəhər, Babək, Culfa, Kəngərli, Şahbuz rayonlarının və Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinə birbaşa tabe müəssisələrin rəhbərləri ilə 2022-2023-cü tədris ilinin yekunları ilə bağlı görüş keçirilib. Görüşdə qəbul, buraxılış, olimpiada və digər istiqamətlər üzrə nəticələr təhlil edilib.
Müəssisə rəhbərlərinə cari tədris ilində  tədrisin səmərəli təşkili, şagird nailiyyətlərinin və metodiki sahədə peşəkarlığın artırılması ilə bağlı tapşırıqlar verilib.

Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini Huaweı Tech Azərbaycan MMC-nin Baş Direktoru David Xu ilə görüşüb

Noyabrın  2-də Azərbaycan Respublikası  Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Ticarət Nazirliyi arasında “Naxçıvan Muxtar Respublikasına interaktiv təhsil yardımı” layihəsi ilə əlaqədar bağlanmış müqavilə əsasında Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyində Huaweı Tech Azərbaycan MMC-nin  Baş Direktoru David Xu ilə görüş keçirilmişdir.
Qeyd edək ki, müqavilə çərçivəsində Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi, həmçinin nazirliyə tabe müəssisələrin texniki infrastrukturunun qurulması, data mərkəzi və elektron platformanın yaradılması nəzərdə tutulur.

Direktor müavinlərinin və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçıların işə qəbulu prosesinə başlanılır

Naxçıvan Muxtar Respublikasının Təhsil Nazirliyi tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələrində hazırda vakant olan tədris (təlim-tərbiyə) işi üzrə direktor müavini və məktəbdənkənar və sinifdənxaric tərbiyə işi üzrə təşkilatçı vəzifələrinə işə qəbul üzrə müsabiqə elan edir.
Namizədlər 13-27 noyabr 2023-cü il tarixlərində (iş günləri ərzində) saat 09:00-dan 18:00-dək tələb olunan müvafiq sənədləri (şəxsiyyət vəsiqəsinin surəti, kadrlar uçotunun şəxsi vərəqəsi, əmək kitabçasının surəti, ali təhsil haqqında sənədin və əlavənin surəti) çalışdıqları ümumi təhsil müəssisəsinin tabe olduğu yerli təhsil şöbələrinə (şəhər/rayon)  təqdim etməklə qeydiyyatdan keçə bilərlər.
Həmçinin bildiririk ki, sənədlərin qəbulu namizədlər üçün aşağıda qeyd olunan tələblərə müvafiq olaraq aparılacaqdır.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg