Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin səriştəli bir mütəxəssis kimi yetişməsi üçün müxtəlif təlimlər, seminarlar, ixtisasartırma kursları, treninqlər, elmi-praktik konfranslar təşkil olunur. Ötən tədris ilində də kadr hazırlığı məqsədilə 1000-dən artıq müəllim keçirilən təlimlərə cəlb olunub. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir. Elə bu məqsədlə də senytabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni işə qəbul olunan müəllimlər üçün STEAM təlim-Tədris Mərkəzində 3 günlük “İnnovativ müəllim” təliminə start verilib.Təlimə ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin 3-14 iyul tarixlərində keçirilən test imtahanlarında müvəffəqiyyət qazanaraq yeni fəaliyyətə başlayacaq gənc müəllimlər cəlb olunub.
Ardını oxu...
|
Sentyabrın 5-də STEAM Təlim-Tədris Mərkəzində Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsinin iştirakçıları və "Robosport" kateqoryası üzrə qalib olan "Deusra" komandasının üzvləri ilə görüş keçirilib. Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiadada qalib olan məktəbliləri təbrik edib. Bildirilib ki, muxtar respublikada da 2020-2021-ci tədris ilindən STEAM təhsil metodunun tətbiqinə başlanılıb və qısa müddət ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub, 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, ümumtəhsil məktəblərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. Həmçinin Naxçıvanda 400-dən artıq müəllim STEAM təlimlərinə, 19 minə yaxın şagird isə STEAM təhsilinə cəlb olunub. Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay interaktiv dərslər, müxtəlif adlarda müsabiqələr, “STEAM yay məktəbi” təşkil edilib, şagirdlərin ölkədə keçirilən beynəlxalq festivallarda iştirakları təmin olunub və uğurlu nəticələr qazanıblar.
Ardını oxu... Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən “İnnovativ müəllim” və “innovativ direktor” layihəsinə start verilib. Layihənin həyata keçirilməyində məqsəd səriştələri və öyrətmə metodikası ilə seçilən pedaqoji və rəhbər heyətin bazasının formalaşdırılması, təhsilverənlərin motivasiyasının artırılması və təhsil sisteminin inkişafına töhfə verəcək layihələrin seçillərək muxtar respublikadanın ümumtəhsil müəsisələrində tətbiq etməkdən ibarətdir. Layihənin 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. I mərhələdə elektron qeydiyyat (google form), II mərhələdə layihələrin qəbulu, III mərhələdə layihələrin qiymətləndirilməsi, IV mərhələdə isə mükafatlandırma prosesinin həyata keçirilməsi nəzərdə tutulur. Qeyd edək ki, layihəyə minimum 3 il pedaqoji staja malik hazırda Naxçıvan Muxtar Respublikası üzrə ümumi, məktəbəqədər, peşə və məktəbdənkənar təhsil müəssisələrində pedaqoji və ya rəhbər vəzifədə çalışan şəxslər müraciət edə bilərlər. Layihələr yazılı və ya video formatda 20 sentyabr 2023-cü il tarixinədək
Hazır ki e-mail adres spam botlar tərəfindən qorunur , Baxmaq üçün Javascripti aktiv etməlisiniz.
> elektron poçt ünvanına göndərilməlidir. Layihənin məzmunu tədrisin keyfiyyətinin artırılması ilə bağlı olmalıdır. Mükafatlandırma tədbiri 5 oktyabr – Beynəlxalq Müəllimlər günündə həyata keçiriləcək. Layihədə qaliblər mükafatlandırılacaqdır. 1-3 sentyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə Milli Gimnastika Arenasında VI Robot Olimpiadası keçirilib. Olimpiadada 8 yaşdan 19 yaşadək yeniyetmə və gənclər “Robomission”, “Robosports”, “Future innovators”, “Future engineers” olmaqla 4 kateqoriya üzrə 20 rayon və şəhərindən ümumilikdə 249 komanda qeydiyyatdan keçib. Qeydiyyatdan keçən komandaların hazırlıq səviyyəsi ilə bağlı monitorinqlər aparılıb və final mərhələsində 160 komanda iştirak etmək hüququ qazanıb. Olimpiadadanın final mərhələsində Naxçıvanı STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət "Young inventors", "Deusra", "Fourtune" adlı komandaları təmsil edib. Olimpiadanın yekununda təmsilçimiz "Deusra" komandası "Robosport" kateqoryası üzrə qalib olub. Qeyd edək ki, komandanın üzvləri Oğuz Nəcəfli, Abbas Zeynalov və Hüseyn Tahirovdur. Qalib komandamız olan "Deusra" cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcək. Naxçıvan Muxtar Respublikası Təhsil və İqtisadiyyat nazirliklərinin, Naxçıvan Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Naxçıvan şəhəri Heydər Əliyev prospektindəki Kitab Evində yeni tədris ili ərəfəsində müəllim və şagirdlərin məktəbli ləvazimatlarına olan ehtiyaclarını daha asan və rahat şəkildə təmin etmək məqsədilə ənənəvi məktəbli yarmarkası təşkil olunub. Sentyabrın 1-də yarmarkanın açılışı olub.
Yarmarkanın açılış tədbirini giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov iştirakçıları yeni tədrisilinin yaxınlaşması münasibətilə təbrik edib. Diqqətə çatdırılıb ki, son illər məktəblilərin keyfiyyətli geyim və idman formaları, ayaqqabı, məktəbli ləvazimatları ilə təmin edilməsi məqsədilə Naxçıvan şəhərində təşkil edilən məktəbli yarmarkaları alıcılar tərəfindən yüksək qiymətləndirilir. Muxtar respublikamızda artıq ənənə halını almış belə yarmarkalarda valideynlər övladlarına lazım olan ləvazimatları almaq üçün heç bir çətinliklə üzləşmir, bütün zəruri geyim, idman formaları və məktəb ləvazimatlarını bir ünvandan əldə edə bilirlər.
Ardını oxu... |
|