• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün232
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə1124
mod_vvisit_counterBu ay45386
mod_vvisit_counterÜmumi2929525

Tarix: 23 Dek., 2024

Yeni pedaqoji fəaliyyətə başlayacaq müəllimlər üçün “İnnovativ müəllim” təliminə start verilib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən müəllimlərin  səriştəli bir mütəxəssis kimi yetişməsi üçün  müxtəlif təlimlər, seminarlar, ixtisasartırma kursları, treninqlər, elmi-praktik konfranslar təşkil olunur. Ötən tədris ilində də kadr hazırlığı məqsədilə 1000-dən artıq  müəllim keçirilən təlimlərə cəlb olunub. Pedaqoji kadrların mütəmadi olaraq təkmilləşdirilməsi onların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və hazırlığının keyfiyyətcə yüksək səviyyədə olmasını təmin edir. Elə bu məqsədlə də senytabrın 5-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən yeni işə qəbul olunan müəllimlər üçün STEAM təlim-Tədris Mərkəzində  3 günlük “İnnovativ müəllim” təliminə start verilib.Təlimə ümumtəhsil müəssisələrinə vakant vəzifələrə işə qəbul üçün elan edilmiş müsabiqənin 3-14 iyul tarixlərində keçirilən test imtahanlarında müvəffəqiyyət qazanaraq yeni fəaliyyətə başlayacaq  gənc müəllimlər cəlb olunub.

Təlimlərdə gənc müəllimlərə “İnnovativ müəllim necə olmalıdır?”, “Müəllimin hüquq və vəzifələri”, “Səmərəli təlim mühitinin yaradılması”, “Müəllimlərin etik davranış qaydaları”, “Müəllim, şagird və valideyn münasibətlərinin tənzimlənməsi”, “Prespektiv planlaşdırma, cari planlaşdırma və sinif jurnalının aparılması qaydaları”, “Sinfin idarə olunması”, “Ümumi təhsilin təşkilinə dair ümumi pedaqoji tələblər”, “Məktəbdaxili qiymətləndirmənin aparılması qaydası” və digər mövzularda  məlumatlar verilib, gənc kadrları maraqlandıran suallar ətraflı cavablandırılıb.

Qeyd edək ki, müxtəlif mövzular üzrə təşkil olunan təlim gənc müəllimlərin fəaliyyətlərini düzgün qurmalarına müsbət təsir göstərəcək. Təlimin sonunda müəllimlər iştirakçı sertifikatı ilə təmin olunacaq.

Məlumat üçün bildirək ki, 2023-2024-cü tədris ili üçün müsabiqəyə müxtəlif ixtisaslar üzrə 200 vakant yer çıxarılmışdır. Elan olunan  vakansiyaya 1352-i kadr  qeydiyyatdan keçmişdir. 3-14 iyul tarixlərində keçirilən işə qəbul imtahanlarında 966 namizəd keçid balını toplamış, onlardan ən yüksək nəticə göstərən 135 namizəd təhsil müəssisələrində işləmək hüququ qazanmışdır.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg