Naxçıvan Muxtar Respublikasının təhsil nazirinin müavini, nazir vəzifələrini müvəqqəti icra edən Ovni Muradov tədbiri giriş sözü ilə açaraq ölkəmizdə, o cümlədən muxtar respublikada təhsilə göstərilən dövlət qayğısından danışıb. Qeyd olunub ki, bu gün muxtar respublikada müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər davamlı xarakter almış, öz fəaliyyəti ilə seçilən müəllimlərin əməyi yüksək qiymətləndirilmişdi. Bu günə qədər 400-dən çox müəllim Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllimi” fəxri adına layiq görülmüş, “Tərəqqi” medalı ilə təltif edilmişdir.