Azərbaycan Respulikasının elm və təhsil naziri 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinin təltif edilməsilə bağlı əmr imzalayıb. Əmrə əsasən Şərur Şəhər Fizika –Riyaziyyat Təmayüllü Liseyin müəllimi Məmmədova Əfsanə Yaqub qızı, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllimi Əliyeva Lamiyə Səftər qızı, Culfa rayon Bənəniyar kənd tam orta məktəbin müəllimi Əliyev Zülfəli Novruzəli oğlu, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin müəllimi Hüseynova Sənubər Cəbi qızı, Naxçıvan Qızlar Liseyinin müəllimi Məmmədova Rəxşəndə Mahmud qızı, Şərur Şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Həsənova Sara Məmməd qızı, Babək rayon Yarımca kənd tam orta məktəbinin müəllimi Babayeva Gülnar Həsən qızı, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Sadıqbəyli Turac Ağa qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.
Təbrik edirik!
Təbrik edirik!