Muxtar respublikada fəaliyyət göstərən müəllimlər sosial şəbəkə hesablarında səlahiyyətli nümayəndə Fuad Nəcəflinin təbrik mesajını paylaşıb

Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə muxtar respublikada fəaliyyət göstərən ali təhsil, orta ixtisas, ümumi, məktəbəqədər, peşə, məktəbdənkənar və uşaq musiqi məktəblərinin müəllimlərini təbrik edib.

Sözügedən müəssisələrdə çalışan bütün müəllimlərin mobil əlaqə nömrəsinə təbrik mesajı göndərilib.

Təbrik mesajında deyilir: “Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.

Qeyd edək ki, təbrik mesajı 10 mindən çox müəllimi əhatə edib.

Naxçıvanlı müəllimlər təltif olunublar

Azərbaycan Respulikasının elm və təhsil naziri 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinin təltif edilməsilə bağlı əmr imzalayıb. Əmrə əsasən Şərur Şəhər Fizika –Riyaziyyat Təmayüllü Liseyin müəllimi Məmmədova Əfsanə Yaqub qızı, Naxçıvan şəhər  17 nömrəli tam orta məktəbin müəllimi  Əliyeva Lamiyə  Səftər qızı, Culfa rayon  Bənəniyar kənd tam orta məktəbin müəllimi Əliyev Zülfəli  Novruzəli oğlu, Kəngərli rayon Qıvraq qəsəbə  tam orta məktəbin  müəllimi Hüseynova Sənubər Cəbi qızı, Naxçıvan Qızlar Liseyinin  müəllimi  Məmmədova Rəxşəndə  Mahmud qızı, Şərur Şəhər  1 nömrəli tam orta məktəbin  müəllimi Həsənova  Sara  Məmməd qızı, Babək rayon Yarımca kənd  tam orta məktəbinin  müəllimi Babayeva Gülnar Həsən qızı, Ordubad şəhər  1 nömrəli tam orta məktəbin  müəllimi  Sadıqbəyli  Turac  Ağa qızı  “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar.
Təbrik edirik!

Naxçıvanda “Həmkardan-həmkara dəstək” layihəsinə start verilib

Layihəyə  minimum 3 il pedaqoji staja malik təhsilverənlər müraciət edərək qatıla bilərlər. Layihənin 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur.  I mərhələdə elektron qeydiyyat (5-15 oktyabr), II mərhələdə  məlumatların araşdırılması, III mərhələdə  müsahibələrin keçirilməsi, IV mərhələdə nəticələrin elan olunması, V mərhələdə isə  təlimlər  keçiriləcək. Layihənin həyata keçirilməsində məqsəd təhsilverənlərin motivasiyasının artırılması, fəaliyyətində fərqlənən (olimpiada qalibi şagird sayı, sertifikatlaşdırma nəticələri, IX sinif buraxılış imtahanı nəticələri) müəllimlərin karyera imkanlarının genişləndirilməsidir (təşkilatçı, direktor, direktor müavini kimi təyinat). Layihə  pilot olaraq akademik göstəriciləri ilə fərqlənən Naxçıvan Qızlar Liseyi, Heydər Əliyev adına tam orta məktəbdə, 5, 8, 12 və 14 nömrəli tam orta məktəblərdə çalışan müəllimlər üçün nəzərdə tutulur.Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin karyera imkanlarının artırılması məqsdilə “Həmkardan-həmkara dəstək” layihəsinə start verilib.

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

2023-2024-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinə  ­­­­­2597 uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub və  bu gündən məşğələlərə başlanılıb. Bu qruplara qəbul üçün qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilib. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqustdan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqustan aktiv edilib. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 168 sinif kompleksində 2597 uşaq qeydiyyatdan keçib ki, onların 1449 oğlanlar  1148 isə qızlardır.

Ardını oxu...

Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyi ilə Kəngərli rayon Şahtaxtı kənd tam orta məktəbi arasında əməkdaşlıq müqaviləsi imzlanıb

Ukrayna Respublikasında yerləşən Akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici dillər Liseyinin direktoru Valentina Antonenko və İrpen şəhər Təhsil İdarəsinin əməkdaşı Oksana Zubenko  muxtar respublikada səfərdə olub. Ukraynalı qonaqlarla yanaşı Bakıda yerləşən Zərifə Əliyeva adına Liseyin direktor müavini Aynur Hüseynova və SOCAR-ın nümayəndəsi Vüsal Əhmədov da Kəngərli rayonunun Şahtaxtı kəndində akademik Zərifə Əliyeva adına Şahtaxtı kənd tam orta məktəbinə gəliblər. Qonaqlar əvvəlcə akademikin - məktəbin foyesində yerləşən büstünü ziyarət edib, qarşısına tər güllər düzüblər. Məktəbdə yerləşən alimin həyat və fəaliyyətini əks etdirən Xatirə Muzeyini ziyarət edəndən sonra siniflərlə tanış olub, tədris prosesini izləyiblər.

Ardını oxu...

Başqa məqalələr...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg