
Tədbirdə Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı Mirsənani Seyidov çıxışında “Heydər Əliyev ili” ndə yeni tədris ilinin Ümummilli Lider Heydər Əliyevin adını daşıyan məktəbin önündə qarşılamağın xüsusi əhəmiyyət kəsb etdiyini bildirib. Ötən tədris ilinin muxtar respublika təhsili üçün uğurlu olduğunu qeyd edən İcra Hakimiyyətinin başçısı müəllim və şagirdlərə müvəffəqiyyətlər arzulayıb.
Naxçıvan Muxtar Respublikası təhsil nazirinin müavini, nazir vəzifələrinin müvəqqəti icra edən Ovni Muradov bildirib ki, bu gün muxtar respublikada Ulu Öndərin müəllifi olduğu təhsil strategiyası prezident cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilir. Ölkə başçısının müvafiq Sərəncamı ilə qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də prioritet istiqamətlər müəyyənləşdirilib. Dövlət Proqramının icrası muxtar respublikada təhsilin inkişafına öz töhfəsini verəcək.