Sentyabrın 5-də STEAM Təlim-Tədris Mərkəzində Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsinin iştirakçıları və "Robosport" kateqoryası üzrə qalib olan "Deusra" komandasının üzvləri ilə görüş keçirilib.
Görüşdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov olimpiadada qalib olan məktəbliləri təbrik edib.
Bildirilib ki, muxtar respublikada da 2020-2021-ci tədris ilindən STEAM təhsil metodunun tətbiqinə başlanılıb və qısa müddət ərzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində STEAM Təlim-Tədris Mərkəzi qurulub, 156 təhsil müəssisəsində STEAM kabinələri yaradılıb, ümumtəhsil məktəblərinin 70 faizi STEAM təhsilinə cəlb olunub. Həmçinin Naxçıvanda 400-dən artıq müəllim STEAM təlimlərinə, 19 minə yaxın şagird isə STEAM təhsilinə cəlb olunub. Təhsil Nazirliyi tərəfindən şagirdlərdə innovativ təhsil metoduna dair biliklərin inkişaf etdirilməsi məqsədilə hər ay interaktiv dərslər, müxtəlif adlarda müsabiqələr, “STEAM yay məktəbi” təşkil edilib, şagirdlərin ölkədə keçirilən beynəlxalq festivallarda iştirakları təmin olunub və uğurlu nəticələr qazanıblar. Diqqətə çatdırılıb ki, məktəblilərimiz Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən “Saf 2021” və “Saf-2022” festivallarında iştirak edərək uğurlu nəticələr əldə ediblər.
Təhsil naziri 1-3 sentyabr tarixlərində Azərbaycan Respublikası Gənclər və İdman, Elm və Təhsil, Rəqəmsal İnkişaf və Nəqliyyat nazirliklərinin, Dünya Robot Olimpiadası Assosiasiyasının və Azərbaycan Robotexnika Mühəndisliyi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən VI Robot Olimpiadasında məktəblərin qalib olmasını Naxçıvan təhsilinin növbəti uğuru olduğunu diqqətə çatdırıb.
Tədbirdə Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsi iştirakçıları komandasının rəhbəri, STEAM təlimçisi Fuad Babayev olimpiada haqda məlumat verib. Bildirib ki, olimpiadanın final mərhələsində Naxçıvanı STEAM təhsili üzrə müvəffəqiyyət qazanan məktəblilərdən ibarət "Young inventors", "Deusra", "Fourtune" adlı komandaları təmsil edib. Olimpiadanın yekununda təmsilçimiz "Deusra" komandası "Robosport" kateqoryası üzrə qalib. Qeyd olunub ki, 160 komanda arasında birinci olmaq STEAM təhsilinin muxtar respublikanın ümumtəhsil məktəblərdə uğurlu tədrisinin nəticəsidir.
Tədbirdə STEAM üzrə ölkə və beynəlxalq tədbirlərdə iştirakı müzakirə olunub. Rəhman Məmmədov qalib komandamız olan "Deusra"nın cari ilin 7-9 noyabr tarixlərində Panama Respublikasında keçiriləcək Dünya Robot Olimpiadasında ölkəmizi təmsil edəcəyini də bildirərək komanda rəhbərinə və üzvlərinə olimpiadaya daha yaxşı hazırlaşmağı tapşırıb. Bildirib ki, bunun üçün ümumtəhsil məktəblərində yaradılan STEAM kabinələrinin və STEAM Təlim-Tədris Mərkəzinin imkanlarından geniş istifadə olunmalıdır.
Sonda Dünya Robot Olimpiadasının Azərbaycan final mərhələsində məktəblilərin iştirakından bəhs edən videoçarxa baxış olub, məktəblilərlə xatirə fotosu çəkilib.