Bu gün dövlətimiz tərəfindən təhsilin inkişafına hərtərəfli diqqət və qayğı göstərilir, bu sahədə ardıcıl tədbirlər həyata keçirilir, təhsil müəssisələrinin maddi tədris bazası möhkəmləndirilir, infrastrukturu yenilənir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiqlənən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027-ci illər üçün Dövlət Proqramı”nda da digər sahələr kimin təhsilin bütün pillələrinin inkişafı üçün də proritet istiqamətlər müəyyənləşdirilib. Hazırda Dövlət Proqramının icrası istiqamətində mühüm tədbirlər həyata keçirilir. Qeyd edək ki, proqrama uyğun olaraq Naxçıvan şəhərində 1000 yerlik yeni məktəb binasının inşası da planlaşdırılır. Məlumat üçün bildirək ki, muxtar respublikada hazırda təhsil quruculuğu istiqamətində işlər davam etdirilir. Ordubad rayonunun Azadkənd, Babək rayonunun Nehrəm qəsəbə 3 nömrəli tam orta məktəbləri, Babək və Şahbuz rayonlarında məktəbdənkənar təhsil müəssisələri üçün yeni binaların tikintisi davam etdirilir. Yaxın günlərdə isə Babək rayonunun Hacıvar kəndində müasir tələblərə cavab verən yeni məktəb binasının tikintisinə başlanılacaq.
Ardını oxu...
|
Məktəblərin açılmasına bir aydan artıq vaxt qalıb. Valideyinləri maraqlandıran əsas məsələlərdən biri də 2023-2024-cü tədris ilində övladlarının hansı məktəbli forması ilə təhsil ocaqlarına gedəcəyidir. Məlumat üçün bildirək ki, uzun illərdir ki, muxtar respublikanın ümumtəhsil məktəblərində vahid geyim formasından istifadə olunur. 2023-2024-cü tədris ilində də muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri əvvəlki ildə istifadə olunan geyim formasından istifadə edə biləcəklər.
Ardını oxu... Ötən il ölkə üzrə ən yüksək qəbul nəticəsi Naxçıvan, Şahbuz və Ordubad rayonlarında olub Ölkəmizdə dövlətimiz tərəfindən təhsilə göstərilən diqqət və qayğı artıq öz nəticələrini verir. Naxçıvan Muxtar Respublikasında bu sahədə ildən–ilə uğurlu nəticələr əldə edilir. Məktəblilərimiz dövlətimiz tərəfindən onlar üçün yaradılan müasir tədris şəraitindən səmərəli istifadə edərək təhsildə yüksək nəticələr qazanırlar. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 2022-2023-cü tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı çap etdiyi “Abituriyent” jurnalının 12-ci nömrəsində də muxtar respublikanın ümumtəhsil məktəblərinin yüksək nəticə göstərmələri ilə bağlı məlumatlar yerləşdirib. Jurnalda digər bölgələr kimi muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların da ötən ilin qəbul nəticələri geniş təhlil olunub. Belə ki, ölkə üzrə 2022-ci tədris ilində məzunların ali təhsil müəssisələrinə qəbulolma göstəricilərində ilk onluqda muxtar respublikanın altı rayonunun təhsil şöbələri yer alıb.
№
|
Təhsil
Şöbəsi
|
Məzunların sayı
|
Abituriyentlər
|
Qəbul olan abituriyentlər
|
sayı
|
faizi (bölgənin məzunlarının sayına görə)
|
sayı
|
faizi (bölgənin abituriyentlərinin sayına görə)
|
faizi (bölgənin məzunlarının sayına görə)
|
1
|
Naxçıvan şəhəri
|
793
|
767
|
96.72
|
495
|
64.54
|
62.42
|
2
|
Şahbuz rayonu
|
123
|
112
|
91.06
|
74
|
66.07
|
60.16
|
3
|
Ordubad rayonu
|
263
|
222
|
84.41
|
154
|
69.37
|
58.56
|
4
|
Qubadlı rayonu
|
649
|
607
|
93.53
|
375
|
61.78
|
57.78
|
5
|
Culfa rayonu
|
304
|
261
|
85.86
|
175
|
67.05
|
57.57
|
6
|
Abşeron rayonu
|
3263
|
2935
|
89.95
|
1770
|
60.31
|
54.24
|
7
|
Sumqayıt şəhəri
|
3532
|
3214
|
91.00
|
1869
|
58.15
|
52.92
|
8
|
Bakı
şəhəri
|
23689
|
21378
|
90.24
|
12139
|
56.78
|
51.24
|
9
|
Şərur rayonu
|
553
|
494
|
89.33
|
274
|
55.47
|
49.55
|
10
|
Babək rayonu
|
524
|
465
|
88.74
|
251
|
53.98
|
47.90
|
Ardını oxu... Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsis edilən və hər il keçirilən “Təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsi”nin builki nəticələri açıqlanıb. Müsabiqə “Ümumtəhsil müəssisələri” kateqoriyası və fərdi katoqoriya üzrə, “Təhsilalanlar arasında ictimai fəallığın dəstəklənməsi”, “Məktəb nüfuzunun artırılması və məktəb icmasının inkişaf etdirilməsi”, “Reytinqli Kütləvi Açıq Onlayn Kursların (MOOCs) Azərbaycan dilinə tərcüməsi, dublyajı, istifadəyə verilməsi və ya yerli mütəxəssislər tərəfindən açıq onlayn kursların hazırlanaraq həmin platformalarda yerləşdirilməsinin təmin olunması” nominasiyaları üzrə keçirilib və müsabiqəyə ümumilikdə 1407 layihə təqdim edilib. Daxil olan layihələrin 279-u ümumi təhsil müəssisələrinin, 1128-i isə təhsilverənlərin fərdi layihələri olub. Müsabiqəyə təqdim edilən layihələr əvvəlcə texniki ekspertizadan keçirilib və nəticədə 1398 layihə məzmun ekspertizası mərhələsinə buraxılıb. Bu mərhələdə layihələr ekspert qrupu tərəfindən 100 ballıq şkala ilə 9 meyar əsasında qiymətləndirilib və ən yüksək bal toplayan 225 layihə qrant qazanıb.
Ardını oxu... Azərbaycan Respublikasının təhsil naziri Emin Əmrullayev “Ümumi təhsil müəssisələrinin 2022-2023-cü tədris ili üzrə məzunlarının qızıl və gümüş nişanla təltifi haqqında” əmr imzalayıb. Əmrə əsasən ötən tədris ili üzrə ümumi təhsili xüsusi nailiyyətlərlə başa vuran Naxçıvan Muxtar Respublikasının ümumtəhsil məktəblərinin XI sinif məzunlarından 20 nəfər qızıl, 24 nəfər isə gümüş nişanla təltif olunub. Qızıl nişanla təltif olunan şagirdlər:1.Rəhimli Rəna Coşqun qızı – Naxçıvan MR Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəb;2.Əliyev Eyyub Əli oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;3.Rüstəmova Fidan Rəşad qızı – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb; 4.Bəylərli Hafiz Səxavət oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;5.Həsənova Kəmalə Rasim qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəb; 6. Həziyeva Reyhan Əli qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəb; 7. Əliyev Mikayıl Elnur oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb; 8. Hüseynəliyeva Xavər İlham qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb; 9. Əliyeva Fidan Elşad qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb; 10.Fərəcova İnci Əmmar qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 11. Əlizadə Laçın Qeysər qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 12. Aslanova Emilya Rəşad qızı – Naxçıvan MR Naxçıvan Qarnizon tam orta məktəbi; 13. Babayeva Röya Əsəd qızı – Naxçıvan MR Babək rayonu Güznüt kənd tam orta məktəbi; 14. İsmayılov İbrahim Zakir oğlu – Naxçıvan MR Ordubad şəhəri 1 nömrəli tam orta məktəb; 15. Əlisoy Lamiyə Samir qızı – Naxçıvan MR Culfa şəhəri 3 nömrəli tam orta məktəb; 16. Məmmədli Təhminə Oktay qızı – Naxçıvan MR Culfa rayonu Əlincə kənd tam orta məktəbi; 17. Hüseynli Səriyyə Seymur qızı – Naxçıvan MR Sədərək rayonu Sədərək kənd 2 nömrəli tam orta məktəb; 18. Məmmədli Əli Mayis oğlu – Naxçıvan MR Şahbuz rayonu Kükü kənd tam orta məktəbi; 19. Bağırov Hüseyn Knyaz oğlu – Naxçıvan MR Şərur şəhəri Fizika- riyaziyyat təmayüllü lisey; 20. Cəfərli Mikayıl Kamran oğlu – Naxçıvan MR Şərur rayonu Kürçülü kənd tam orta məktəbi; Gümüş nişanla təltif olunan şagirdlər 1.Hüseynova Aynur Şahin qızı – Naxçıvan MR Naxçıvan şəhəri 1 nömrəli tam orta məktəb; 2.Zeynalova Şərəf Bəsrət qızı – Naxçıvan MR Naxçıvan şəhəri 5 nömrəli tam orta məktəb;3.Bağırova Aysel Etibar qızı – Naxçıvan MR Naxçıvan şəhəri 7 nömrəli tam orta məktəb;4.Mirzəzadə Yusif Emin oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb;5.Kəngərli Aydan Azər qızı – Naxçıvan MR Naxçıvan şəhəri 8 nömrəli tam orta məktəb;6.Cabbarzadə Vüsal Müslüm oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəb.7.Mahmudlu Loğman Etibar oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 11 nömrəli tam orta məktəb;8.Əhmədli Elnar Rəşad oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 12 nömrəli tam orta məktəb;9.Əlizadə Əlirza Eldəniz oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəb; 10.Əzizova Nəsibə Akif qızı – Naxçıvan MR Naxçıvan şəhəri 15 nömrəli tam orta məktəb; 11.Hacıyeva Laçın Rasim qızı – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb; 12. Niftəliyev Əli İlham oğlu – Naxçıvan MR Naxçıvan şəhəri 17 nömrəli tam orta məktəb; 13. Dadaşlı Aylin Şahin qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 14. Əsgərova Sərfinaz Murad qızı – Naxçıvan MR Naxçıvan Qızlar liseyi; 15. Əlizadə Məhəmməd Seymur oğlu – Naxçıvan MR Naxçıvan Qarnizon tam orta məktəbi; 16. Qurbanov Elşən Etibar oğlu – Naxçıvan MR Babək rayonu Güznüt kənd tam orta məktəbi; 17. Abdullayeva Fatimə İsgəndər qızı – Naxçıvan MR Babək rayonu Nehrəm qəsəbə 1 nömrəli tam orta məktəb; 18. Həsənov Cilovxan İbrahim oğlu – Naxçıvan MR Babək rayonu Sirab kənd tam orta məktəbi; 19. İbrahimli Aysu Müşviq qızı – Naxçıvan MR Culfa rayonu Əlincə kənd tam orta məktəbi; 20. Əliyev Xəyal Xudayar oğlu – Naxçıvan MR Culfa rayonu Bənəniyar kənd tam orta məktəbi; 21. Babayev Hüseyn Vəsayib oğlu – Naxçıvan MR Kəngərli rayonu Təzəkənd kənd tam orta məktəbi; 22. Hüseynli Nəzrin Tural qızı – Naxçıvan MR Ordubad şəhəri tam orta internat məktəbi; 23. Məmmədli Firuzə Rasim qızı – Naxçıvan MR Ordubad şəhəri tam orta internat məktəbi; 24. Salahlı Əli Bayram oğlu – Naxçıvan MR Şərur şəhəri Fizika-riyaziyyat təmayüllü lisey
|
|