İnteraktiv dərsi Şahbuz şəhər 1 nömrəli tam orta məktəbinin tarix müəllimi Rauf Bağırov aparıb. Bildirilib ki, 27 sentyabr Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2020-ci il 2 dekabr tarixli Sərəncamı ilə Anım Günü kimi qeyd edilir. Bu təqvimin Azərbaycan tarixində çox mühüm əhəmiyyəti var. Məhz 2020-ci ilin bu günündə Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad olunması üçün mübarizəyə qalxmış və 44 gün ərzində öz müqəddəs məqsədinə çataraq Vətənimizin ərazi bütövlüyünü təmin etmişdir.
Rauf Bağırov qələbə qazandığımız 44 günlük vətən müharibəsi barədə şagirdlərə ətraflı məlumat verərək bildirib ki, Ermənistan Respublikasının ölkəmizə qarşı 2020-ci il sentyabrın 27-dən başlayan növbəti hərbi təcavüzünə cavab olaraq, Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanının rəhbərliyi ilə işğal altındakı torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsinə başlamışdır. Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən mübarizədə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək, düşmənin layiqli cavabını vermişdir.
Vurğulanmışdır ki, Vətən müharibəsində Silahlı Qüvvələrimizin 3 minə yaxın hərbi qulluqçusu şəhid olmuş, hərbi qulluqçularımızdan itkin düşən və yaralanaraq sağlamlığını itirənlər olmuşdur. İşğal altında olan torpaqlarımız qəhrəman şəhidlərimizin, əsgər və zabitlərimizin, qazilərimizin qanı və canı bahasına azad olunmuşdur.
Dərsdə rəşadətli ordumuzun zəfər yürüşündə Naxçıvan döyüşçülərinin qəhramanlığından bəhs olunaraq qeyd olunmuşdur ki, müharibənin əsas canlı qüvvələrindən biri də məhz Naxçıvandan olan hərbiçi-zabitlər idi. Müharibədə iştirak edən qəhrəmanlar xüsusi təlimlər almış, yüksək hərbi bacarıqlara malik, illərlə Vətənin bu günü üçün yetişdirilmiş zabitlər idi. Buna görə də Azərbaycan Respublikasının Prezidenti 10 noyabr tarixində Qələbə xəbərini xalqa verərkən Naxçıvandan cəbhəyə yollanan igidlərimizin qəhrəmanlıqlarından xüsusi söz açdı. Ali Baş Komandan qeyd etdi ki, Naxçıvanlılar müharibədə qəhrəmanlıqla vuruşub və şəhidlər verib. İntertaktiv dərsdə Azərbaycan Ordusunun sentyabrın 19-da başlatdığı lokal xarakterli antiterrortədbirləri haqqında da şagirdlərə məlumat verilərək bildirilib ki, ordumuz qarşıda duran bütün vəzifələri cəmi bir gün ərzində yerinə yetirdi və düşmən layiqincə cəzalandırıldı. Rəşadətli Azərbaycan əsgəri bir daha sübut etdi ki, şəhidlərimizin qanı heç vaxt yerdə qalmayacaq.
Bildirilmişdir ki, Azərbaycan hər zaman mübariz oğul və qızlarının şücaətini yüksək qiymətləndirir, bütün şəhidlərimizin ruhuna ehtiram göstərir, xatirəsini uca tutur. Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad edilən torpaqlarımız dadalğalandırmış, ölkəmizin ərazi bütövlüyü yolunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiram əlaməti olaraq, hər il 27 sentyabrı “Anım Günü”, 8 noyabr isə “Zəfər Günü” kimi qeyd edir. Bildirilib ki, 2021-2022-ci tədris ilindən muxtar respublikanın ümumi təhsil müəssisələrinin IX siniflərində “Zəfər tarixi” tədris olunur.
Qeyd edək ki, bu gün həmçinin muxtar respublikanın bütün ümumtəhsil müəssisələrində ilk dərs saatları 27 sentyabr-Anım Gününə həsr olunub.