Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5 və 12 mart tarixlərində keçirilən tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarının nəticələri açıqlanıb.12 mart tarixli buraxılış imtahanında yüksək nəticə göstərən abituriyentlərdən biri də naxçıvanlı şagird Mikayıl Cəfərlidir. O, 297 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəyə nail olub.
Mikayıl Cəfərli gələcək hədəfləri və əldə etdiyi uğurlarla bağlı fikirlərini bölüşüb.
“Mən 2007-ci il aprelin 18-də Şərur rayonunun Kürçülü kəndində anadan olmuşam. Təhsil illərimdə müəyyən uğurlara imza atmışam. Belə ki, 9-cu sinif buraxılış imtahanında 290 bal toplayaraq Naxçıvan Muxtar Respublikası üzrə ən yüksək nəticəni göstərmişəm. 2021-ci ildə Naxçıvan Muxtar Respublikası fənn olimpiadalarında tarix üzrə 2-ci yerin qalibi olmuş, 2022-ci ildə keçirilən fənn olimpiadalarının final turunda iştirak edərək tarixdən gümüş medala layiq görülmüşəm. Elə həmin ildə keçirilən digər olimpiadada coğrafiya fənni üzrə özümü sınayıb 1-ci yerin qalibi olmuşam”.
Ardını oxu...
|
Naxçıvan şəhərindəki "Gənclik” Mərkəzində Türkiyə Respublikasının Naxçıvandakı Baş Konsulluğunun, Naxçıvan Muxtar Respublikasının təhsil, eləcə də gənclər və idman nazirliklərinin, "Günəş" akademiyasının təşkilatçılığı ilə Türkiyənin 23 aprel - Milli Suverenlik və Uşaq Bayramı Günü münasibətilə tədbir keçirilib. Azərbaycan xalqının Ümummilli Lideri, uşaqlara xalqımızın gələcəyi kimi hərtərəfli qayğı göstərməsi ilə də əbədiyaşarlıq qazanan dahi şəxsiyyət Heydər Əliyevin anadan olmasının 100 illiyi ərəfəsində keçirilən tədbirdə Əvvəlcə Azərbaycan və Türkiyə respublikalarının Dövlət himnləri səsləndirilib. Sonra hər iki xalqın dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda qurban gedən şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Ardını oxu...
Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman, Təhsil, Fövqəladə Hallar nazirlikləri, Əlahidddə Ümumqoşun Ordu, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Naxçıvan Muxtar Respublikası üzrə baş idarəsinin birgə təşkilatçılığı ilə ümumtəhsil məktəblərinin şagirdləri arasında "Şahin" hərbi-idman oyunu üzrə muxtar respublika birinciliyinin final mərhələsi keçirilib. Layihənin əsasnaməsinə uyğun olaraq ilk iki turda məktəbdaxili seçim mərhələsi və rayon (şəhər) birinciliklərini uğurla adlayan komandalar yarışda iştirak ediblər.
Ardını oxu... Dövlət İmtahan Mərkəzi 12 mart 2023-cü il tarixdə XI siniflər üzrə keçirilən buraxılış imtahanının nəticələrini elan edib. Şərur rayonunun Kürçülü kənd tam orta məktəbinin şagirdi Mikayıl Cəfərli buraxılış imtahanında Azərbaycan dili fənnindən 97, İngilis dili və Riyaziyyat fənlərindən isə 100 bal olmaqla ümumilikdə 297 bal toplayaraq muxtar respublika məktəbliləri arasında ən yüksək nəticəni göstərmişdir.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə “18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü” münasibətilə Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Nazirliyin birbaşa tabeliyində olan məktəbdənkənar təhsil müəssisələrinin dərnək üzvləri arasında “Naxçıvanın tarixi abidələri” mövzusunda rəsm müsabiqəsi keçirilib. Müsabiqədə 20 dərnək üzvü iştirak edib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Elxan Babayev bildirib ki, muxtar respublikamızda mədəniyyətin, o cümlədən təsviri sənətin, xüsusən də rəssamlığın inkişafına böyük diqqət və qayğı göstərilir.
Ardını oxu... |
|