25 iyun- 02 iyul 2023- cü il tarixlərində Qəbələ şəhərində "Heydər Əliyev İlinə" həsr olunmuş 10-cu ümümirespubilika "Gənc xilasedici və yanğınsöndürən" yarışı keçirilib. Yarışın final mərhələsində Naxçıvan Muxtar Respublikasından iki komanda, Culfa şəhər 3 nomrəli və Ordubad rayon Sabirkənd tam orta məktəblərinin komandaları iştirak edib.
Builki yarışa respublikanın müxtəlif bölgələrindən olan şəhid övladları da dəvət olunub.
Gərgin mübarizə şəraitində keçən, 16 komandanın iştirakı ilə keçirilən yarışın yekun nəticələrinə əsasən Ordubad rayon Sabirkənd tam orta məktəbinin komandası I, Bakı şəhər 31 nömrəli tam orta məktəbin komandası II, şəhid övladlarından ibarət "Gənc Mübarizlər" komandası isə III yerə layiq görülüb. Qalib komandalar təşkilatçılar tərəfindən kubok, diplom, fəxri fərman və qiymətli hədiyələrlə mükafatlandırılıblar.
Qeyd edək ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin təşkilatçılığı, Elm və Təhsil, Gənclər və İdman nazirliklərinin dəstəyi ilə keçirilən yarışın əsas məqsədi ümummilli lider Heydər Əliyevin xalqımız qarşısındakı misilsiz xidmətlərinin yeniyetmə və gənclər arasında təbliğ edilməsi, həmçinin yeniyetmə və gənclərin fövqəladə hallara hazırlıq səviyyəsinin yüksəldilməsi, məktəblilər arasında sağlam həyat tərzinin təbliği, onlara fərdi və ictimai təhlükəsizliyə məsuliyyətli yanaşma hissinin və hərbi-vətənpərvərlik ruhunun aşılanmasıdır. Yarış ümumilikdə 4 mərhələdə - məktəb, rayon (şəhər), zona və ümumrespublika yarışları mərhələsində təşkil olunub. Zona yarışlarında qalib gəlmiş komandalar Ümumrespublika final yarışlarında iştirak ediblər.