• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün514
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə514
mod_vvisit_counterBu ay45668
mod_vvisit_counterÜmumi2929807

Tarix: 23 Dek., 2024

“Heydər Əliyev İli” çərçivəsində “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda məktəblilərin konsert proqramı təşkil olunub

Mayın 23-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Şəhər Təhsil Şöbəsi və Nazirliyə birbaşa tabe məktəblər və məktəbdənkənar təhsil müəssisələrinin birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş, “Mən fəxr edirəm ki, Azərbaycanlıyam!” mövzusunda məktəblilərin konsert proqramı təşkil olunub.
Bununla bağlı keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, ümummilli lider Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir. Ötən əsrin 70-ci illərindən başlayaraq Azərbaycanda aparılan təhsil islahatları bu sahənin inkişafında xüsusi mərhələ təşkil edir. Aparılmış məqsədyönlü siyasət nəticəsində 14 il ərzində Azərbaycanda 350000-dən çox şagird yeri olan 680 ümumtəhsil məktəbi tikilib istifadəyə verilib. Məktəbəqədər tərbiyə müəssisələrinin sayı 1200-dən 1875-ə, peşə məktəblərinin sayı 84-dən 173-ə çatdırılıb. Bütün pillələrdən olan təhsil müəsissələrinin maddi-texniki bazası möhkəmləndirilib. Rəhman Məmmədov iştirakçıların diqqətinə çatdırıb ki, Ulu Öndər Azərbaycana rəhbərliyinin ikinci dövrü olan 1993-2003-cü illərdə də bu sahənin fəaliyyətinin yüksəldilməsinə xüsusi diqqət göstərib. Bu illərdə Azərbaycanın təhsil sistemi təkmilləşdirilib və təhsilimizin dünya təhsil sisteminə inteqrasiyası üçün geniş imkanlar yaradılıb. Yeni məktəb binaları tikilərək istifadəyə verilib, yeni dərsliklər hazırlanıb və şagirdlərə pulsuz verilib. Təhsil üzrə müxtəlif proqram və layihələr hazırlanaraq uğurla həyata keçirilib.
Qeyd olunub ki, əsası ulu öndər tərəfindən qoyulan təhsil strategiyası bu gün Prezident cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət başçısının bütün sahələrlə yanaşı, təhsilə də göstərdiyi diqqət və qayğı nəticəsində icra edilən Dövlət proqramları təhsilimizin keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoymasına və yüksək nəticələrin əldə olunmasına xidmət edir. Naxçıvan Muxtar Respublikasında da ulu öndərin müəllifi olduğu təhsil strategiyasının  ölkə başçısı tərəfindən uğurla həyata keçirildiyini bildirən təhsil naziri vurğulayıb ki,  müstəqillik illərində muxtar respublikada 200-dən çox təhsil müəssisəsi üçün binalar tikilərək və ya əsaslı şəkildə yenidən qurularaq istifadəyə verilib. Həmçinin təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilmiş, məktəblər ən müasir informasiya texnologiyaları ilə, o cümlədən kompüter və elektron lövhələrlə, zəngin kitabxana fondu ilə təchiz olunmuşdur.
Qeyd olunub ki, muxtar respublikada təhsilə göstərilən dövlət qayğısı nəticəsində bu sahədə böyük nailiyyətlər əldə edilib, öz bilik və bacarığı, vətəpərvərliyi ilə seçilən gənclər yetişib.
Tədbirdə Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Baba Əliyev, Naxçıvan Qızlar Liseyinin direktoru Aidə Allahverdiyeva çıxış edərək Ulu Öndərin təhsil sahəsindəki xidmətlərindən bəhs ediblər.
Tədbirin bədii hissəsində Naxçıvan Şəhər 10, 12 və 15 nömrəli körpələr evi-uşaq bağçalarının balaca fidanları “Heydər babamızın nəvələriyik” kompozisiyası ilə çıxış edib, Heydər Əliyev Uşaq- Gənclər Yaradıcılıq Mərkəzinin dərnək üzvləri, Heydər Əliyev adına tam orta məktəbin və Naxçıvan Şəhər ümumtəhsil məktəblərinin şagirdləri  ümumilli liderə həsr olunan şeirlər bədii qiraət edib, bir-birindən maraqlı musiqi və rəqs nömrələri ilə çıxış ediblər.
Sonda tədbir iştirakçıları şagirdlərin ümummilli liderə həsr etdikləri  əl işlərindən ibarət sərgiyə baxıblar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg