Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə keçirilən Forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini Samir Seyidəhmədli, Naxçıvan Muxtar Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri Ceyhun Cəlilov, Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Tapdıq Əliyev, Naxçıvan Muxtar Respublikasının Təhsil nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Ovni Muradov, Naxçıvan Muxtar Respublikasının gənclər və idman nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Məcid Seyidov, Naxçıvan Muxtar Respublikası rabitə və yeni texnologiyalar nazirinin səlahiyyətlərini müvəqqəti icra edən Rahid Ələkbərli, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, təhsil ekspertləri və digər qonaqlar iştirak edib.
|
Naxçıvanda təhsil sahəsində səmərəli fəaliyyətinə görə, Bəktaşi İltifat Məmməd qızına Naxçıvan Muxtar Respublikasının “Əməkdar müəllim”i fəxri adı verilib. Bununla bağlı Sərəncamı bu gün Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin müavini Anar İbrahimov imzalayıb. Qeyd edək ki, İltifat Bəktaşi Naxçıvan şəhər 12 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimidir. Təbrik edirik!
Azərbaycan Respublikası Prezidentinin Naxçıvan Muxtar Respublikasındakı səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli 5 Oktyabr - Beynəlxalq Müəllimlər Günü münasibətilə muxtar respublikada fəaliyyət göstərən ali təhsil, orta ixtisas, ümumi, məktəbəqədər, peşə, məktəbdənkənar və uşaq musiqi məktəblərinin müəllimlərini təbrik edib.
Sözügedən müəssisələrdə çalışan bütün müəllimlərin mobil əlaqə nömrəsinə təbrik mesajı göndərilib.
Təbrik mesajında deyilir: “Sizi Beynəlxalq Müəllimlər Günü münasibətilə təbrik edir, cansağlığı, xoşbəxtlik və fəaliyyətinizdə uğurlar arzulayıram”.
Qeyd edək ki, təbrik mesajı 10 mindən çox müəllimi əhatə edib.
Azərbaycan Respulikasının elm və təhsil naziri 5 oktyabr –Beynəlxalq Müəllimlər Günü münasibətilə təhsil işçilərinin təltif edilməsilə bağlı əmr imzalayıb. Əmrə əsasən Şərur Şəhər Fizika –Riyaziyyat Təmayüllü Liseyin müəllimi Məmmədova Əfsanə Yaqub qızı, Naxçıvan şəhər 17 nömrəli tam orta məktəbin müəllimi Əliyeva Lamiyə Səftər qızı, Culfa rayon Bənəniyar kənd tam orta məktəbin müəllimi Əliyev Zülfəli Novruzəli oğlu, Kəngərli rayon Qıvraq qəsəbə tam orta məktəbin müəllimi Hüseynova Sənubər Cəbi qızı, Naxçıvan Qızlar Liseyinin müəllimi Məmmədova Rəxşəndə Mahmud qızı, Şərur Şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Həsənova Sara Məmməd qızı, Babək rayon Yarımca kənd tam orta məktəbinin müəllimi Babayeva Gülnar Həsən qızı, Ordubad şəhər 1 nömrəli tam orta məktəbin müəllimi Sadıqbəyli Turac Ağa qızı “Azərbaycan Respublikası qabaqcıl təhsil işçisi” döş nişanı ilə təltif olunublar. Təbrik edirik! Layihəyə minimum 3 il pedaqoji staja malik təhsilverənlər müraciət edərək qatıla bilərlər. Layihənin 4 mərhələdə həyata keçirilməsi nəzərdə tutulur. I mərhələdə elektron qeydiyyat (5-15 oktyabr), II mərhələdə məlumatların araşdırılması, III mərhələdə müsahibələrin keçirilməsi, IV mərhələdə nəticələrin elan olunması, V mərhələdə isə təlimlər keçiriləcək. Layihənin həyata keçirilməsində məqsəd təhsilverənlərin motivasiyasının artırılması, fəaliyyətində fərqlənən (olimpiada qalibi şagird sayı, sertifikatlaşdırma nəticələri, IX sinif buraxılış imtahanı nəticələri) müəllimlərin karyera imkanlarının genişləndirilməsidir (təşkilatçı, direktor, direktor müavini kimi təyinat). Layihə pilot olaraq akademik göstəriciləri ilə fərqlənən Naxçıvan Qızlar Liseyi, Heydər Əliyev adına tam orta məktəbdə, 5, 8, 12 və 14 nömrəli tam orta məktəblərdə çalışan müəllimlər üçün nəzərdə tutulur.Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən təhsilverənlərin karyera imkanlarının artırılması məqsdilə “Həmkardan-həmkara dəstək” layihəsinə start verilib. |
|