• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün44
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə936
mod_vvisit_counterBu ay45198
mod_vvisit_counterÜmumi2929337

Tarix: 23 Dek., 2024

Bu gündən məktəbəhazırlıq qruplarında məşğələlərə başlanılıb

2023-2024-cü tədris ilində muxtar respublikanın ümumtəhsil məktəblərinə  ­­­­­2597 uşaq məktəbəhazırlıq qruplarına qəbul olunub və  bu gündən məşğələlərə başlanılıb. Bu qruplara qəbul üçün qeydiyyat mektebeqebul.edu.az elektron sistemi üzərindən həyata keçirilib. Dövlət ümumtəhsil məktəblərində yaradılmış məktəbəhazırlıq qruplarına 5 yaşı həmin il tamam olmuş uşaqlar qəbul olunublar. Azərbaycan bölməsi üzrə məktəb və müəllim seçimi 11 avqustdan, tədris digər dillərdə aparılan bölmələr üzrə məktəb və müəllim seçimi isə 15 avqustan aktiv edilib. Muxtar respublikanın ümumtəhsil məktəblərinə 168 sinif kompleksində 2597 uşaq qeydiyyatdan keçib ki, onların 1449 oğlanlar  1148 isə qızlardır. Məktəbəhazırlıq qrupları üçün  kənd məktəblərində 8-10 arası, şəhər və qəsəbələrdə isə 15-dən artıq uşaq olan məktəblər seçilib. Qruplarda gün ərzində 3, həftədə 4 gün olmaqla 12 məşğələ keçiriləcək. Bir məşğələnin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə olacaq.
Məktəbəhazırlıq qruplarında “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi”, “Fiziki mədəniyyət” məşğələləri keçirilir. Dərs ili iki yarım ilə bölünür və  mayın 31-də başa çatacaq.
Qeyd edək ki, məktəbəhazırlıq qruplarının yaradılmasında məqsəd 5 yaşlı uşaqların məktəb təliminə hazırlığı ilə əlaqədar psixoloji dayanıqlığını artırmaq, ünsiyyət və birgə fəaliyyət bacarıqlarına yiyələnməsini təmin etmək, onları əhatə olunduqları aləmə və təhsil mühitinə uyğunlaşdırmaqdır.
Məktəbəhazırlıq qruplarına  elektron qəbul muxtar respublikanın ümumtəhsil məktəbləri üçün 2021-ci ildən aparılır. Ötən tədris ilində  2853 uşaq məktəbəhazırlıq qruplarına qəbul olunmuşdu.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg