“Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib

Mayın 2-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Naxçıvan Gənc Müəllimlər Assosiasiyasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyevin anadan olmasının  100 illiyinə həsr olunmuş, “Ümummilli lider Heydər Əliyev və Azərbaycan təhsili” mövzusunda tədbir keçirilib.
Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin Naxçıvan şəhərinin baş meydanında əzəmətlə ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri qoyub, dahi şəxsiyyətin xatirəsini ehtiramla yad ediblər.
Sonra Heydər Əliyev Muzeyində olan ziyarətçilər dahi şəxsiyyətin həyatını və çoxşaxəli dövlətçilik fəaliyyətini əks etdirən eksponatlarla tanış olublar.
Naxçıvan Gənclik Mərkəzində davam edən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Sonra tədbir iştirakçıları  “Heydər Əliyev və Azərbaycan təhsili” filminə baxıblar.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Ümummilli lider Heydər Əliyevin 30 ildən artıq davam edən ictimai-siyasi fəaliyyətində elmə, təhsilə göstərilən qayğı daim mühüm yer tutub. Heç də təsadüfi deyil ki, XX əsrin son 30 ilində Azərbaycan intibahını şərtləndirən amillər sırasında elmin və təhsilin yüksəlişi xüsusilə diqqəti cəlb edir.

Ardını oxu...

“Mütaliə aylığı”na yekun vurulub

Mayın 1-də Heydər Əliyev Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən elan olunan “Mütaliə aylığı”nın yekununa həsr olunmuş tədbir keçirilib.
Tədbirdə Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov çıxış edərək bildirmişdir ki, gənc nəslin dünyagörüşünün formalaşmasında, onların bədii təxəyyülünün inkişafında, mütaliə mədəniyyətinin, oxu vərdişlərinin artırılmasında və hərtərəfli inkişaf etmiş bir vətəndaş kimi yetişməsində mütaliənin rolu müstəsna əhəmiyyətə malikdir. Qeyd olunub ki, dövlətimiz tərəfindən muxtar respublikada şagirdlərdə mütaliə mədəniyyətinin formalaşmasında məktəb kitabxanalarının rolu və əhəmiyyəti nəzəri alınaraq zəruri avadanlıqlarla təchiz olunmuş, kompüterlə təminatı istiqamətində zəruri tədbirlər görülmüş, kitabxana fondu dərslik və bədii ədəbiyyatla zənginləşdirilmişdir.

Ardını oxu...

"Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçirilib

Aprelin  28-də  Təhsil  Nazirliyinin  təşkilatçılığı  ilə  Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünə həsr olunmuş "Robot qol-Leqo Sumo 2023” və “Tullantıdan sənətə” müsabiqələri keçirilib.
Müasir dünya reallıqları gələcəkdə yüksəkixtisaslı mütəxəssislərin yetişməsi üçün təhsilin də  qarşısında mühüm vəzifələr qoyur. Yəni, bu günün məzunları müasir tələblərə cavab verən, əmək bazarında özünü doğruldan şəxslər olmalıdır. STEAM təhsil metodu da yüksəkixtisalı mütəxəsisslərin hazırlanmasında mühüm rol oynayır. STEAM - elm, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın birləşməsi nəticəsində yeni ideyaların reallaşdırılması, cəmiyyətdə müxtəlif problemlərin həllinə kömək edə biləcək təhsil yanaşmasıdır. Muxtar respublikanın  ümumtəhsil məktəblərində artıq bir neçə ildir ki, STEAM təhsil metodundan istifadə olunur. Məktəblilər ənənəvi yanaşmadan fərqli olaraq, STEAM təhsili ilə praktik məşğələlər vasitəsilə robototexnika, 3D modelləşdirmə və çap, proqramlaşdırma, nano və neyro texnologiyalar, mühəndislik və dizaynerlik üzrə bilik və bacarıqlar qazanır, mühəndislik səriştələri əldə edirlər.

Ardını oxu...

“Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda interaktiv dərs keçirilib

Heydər Əliyev Muzeyindən muxtar respublikanın ümumtəhsil məktəblərinin şagirdləri üçün Azərbaycan oftalmologiya elmini beynəlxalq aləmdə tanıdan görkəmli alim, tibb elmləri doktoru, akademik Zərifə Əliyevanın anadan olmasının 100-cü ildönümü münasibətilə interaktiv dərs keçirilib.
“Oftalmoloq alim, akademik Zərifə xanım Əliyeva” mövzusunda dərsi Naxçıvan Şəhər 6 nömrəli tam orta məktəbin tarix müəllimi Azad Şirzadov aparıb.
İnteraktiv dərsdə şagirdlərin diqqətinə çatdırılıb ki, zəhmətsevərliyi, səmimiliyi, yüksək intellekti ilə insanların rəğbətini qazanan  akademik Zərifə Əliyevanın şəxsiyyətində doğma vətənə, xalqa bağlılıq və başqa yüksək mənəvi keyfiyyətlər öz təcəssümünü tapmışdı. Peşə istiqamətini həkimlik ixtisası üzrə müəyyənləşdirən gənc Zərifə gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoymuş, Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsində təhsil almış, oftalmologiya peşəsinə yiyələnmək üçün Moskvada təhsilini davam etdirmişdir.

Ardını oxu...

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə bağlı tədbir keçirilib

Aprelin 27-də Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin  təşkilatçılığı ilə görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın anadan olmasının 100 illiyi ilə əlaqədar Kəngərli Rayon Mədəniyyət Sarayında tədbir keçirilib.
Əvvəlcə tədbir iştirakçıları Şahtaxtı kəndində görkəmli akademikin adını daşıyan  məktəbin foyesindəki büstü önünə gül dəstələri qoyub, alimin həyat və fəaliyyətini əks etdirən muzeylə yaxından tanış olublar.
Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə, oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Zərifə xanım Əliyevanın şərəfli həyat yolundan, elmi nailiyyətlərindən, ictimai xadim kimi əvəzsiz fəaliyyətlərindən bəhs edən film     nümayiş olunub.
Tədbirdə çıxış edən Naxçıvan Muxtar Respublikasının təhsil naziri Rəhman Məmmədov bildirib ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2022-ci il 3 noyabr tarixli Sərəncamına əsasən akademik Zərifə Əliyevanın 100 illik yubileyi ölkəmizdə geniş qeyd edilir. Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən də Zərifə Əliyevanın 100 illik yubileyi ilə bağlı silsilə tədbirlər həyata keçirilir. Bildirilib ki, bu günkü tədbir də görkəmli alimin ömür yolunun və çoxşaxəli fəaliyyətinin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Ardını oxu...

 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg