• 1 6.jpg
  • 0002.jpg
  • 3 li mekteb.jpg
  • 5 nom9.jpg
  • 0005.jpg
  • 0010.jpg
  • 22.jpg
  • 0041.jpg
  • 0064.jpg
  • 0121.jpg
  • 152.jpg
  • 211.jpg
  • 503.jpg
  • 504 3.jpg
  • 552.jpg
  • 603.jpg
  • 665.jpg
  • 999.jpg
  • 1122.jpg
  • e1.jpg

Aktual keçidlər

Saytın statistikası

mod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_countermod_vvisit_counter
mod_vvisit_counterBu gün462
mod_vvisit_counterDünən892
mod_vvisit_counterBu həftə462
mod_vvisit_counterBu ay45616
mod_vvisit_counterÜmumi2929755

Tarix: 23 Dek., 2024

Ötən il ölkə üzrə ən yüksək qəbul nəticəsi Naxçıvan, Şahbuz və Ordubad rayonlarında olub

Ötən il ölkə üzrə ən yüksək  qəbul nəticəsi Naxçıvan, Şahbuz və Ordubad rayonlarında olub

Ölkəmizdə dövlətimiz tərəfindən  təhsilə göstərilən diqqət və qayğı artıq öz nəticələrini verir. Naxçıvan Muxtar Respublikasında bu sahədə ildən–ilə uğurlu nəticələr əldə edilir. Məktəblilərimiz dövlətimiz tərəfindən onlar üçün yaradılan müasir tədris şəraitindən səmərəli istifadə edərək təhsildə yüksək nəticələr qazanırlar.
Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzinin 2022-2023-cü tədris  ili  üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili ilə bağlı çap etdiyi  “Abituriyent” jurnalının 12-ci nömrəsində də muxtar respublikanın ümumtəhsil məktəblərinin yüksək nəticə göstərmələri ilə bağlı məlumatlar yerləşdirib. Jurnalda digər bölgələr kimi muxtar respublikanın ümumtəhsil məktəblərini bitirən məzunların da   ötən ilin qəbul nəticələri geniş təhlil olunub. Belə ki, ölkə üzrə  2022-ci tədris ilində məzunların ali təhsil müəssisələrinə qəbulolma göstəricilərində ilk onluqda  muxtar respublikanın altı rayonunun təhsil şöbələri  yer alıb.

Təhsil

Şöbəsi

Məzunların sayı

Abituriyentlər

Qəbul olan abituriyentlər

sayı

faizi (bölgənin məzunlarının sayına görə)

sayı

faizi (bölgənin abituriyentlərinin sayına görə)

faizi (bölgənin məzunlarının sayına görə)

1

Naxçıvan şəhəri

793

767

96.72

495

64.54

62.42

2

Şahbuz rayonu

123

112

91.06

74

66.07

60.16

3

Ordubad rayonu

263

222

84.41

154

69.37

58.56

4

Qubadlı rayonu

649

607

93.53

375

61.78

57.78

5

Culfa rayonu

304

261

85.86

175

67.05

57.57

6

Abşeron rayonu

3263

2935

89.95

1770

60.31

54.24

7

Sumqayıt şəhəri

3532

3214

91.00

1869

58.15

52.92

8

Bakı

şəhəri

23689

21378

90.24

12139

56.78

51.24

9

Şərur rayonu

553

494

89.33

274

55.47

49.55

10

Babək rayonu

524

465

88.74

251

53.98

47.90

 

Jurnalda məzunlarının ali təhsil müəssisələrinə qəbul olma göstəriciləri ölkə üzrə  75 rayonun  ümumtəhsil məktəblərini əhatə edib. Məzunlarının ali təhsil müəssisələrinə qəbul olma göstəricilərinə görə sıralamada Naxçıvan  şəhəri 1-ci, Şahbuz rayonu  2-ci, Ordubad rayonu 3-cü, Culfa rayonu, 5-ci,  Şərur rayonu 9-cu,  Babək rayonu 10-cu sırada yer alıb. Məktəbi 2022-ci ildə bitirmiş abituriyentlərin ali təhsil müəssisələrinə qəbulolma göstəricilərinə görə  həm respublika üzrə, həm də respublikanın bölgələri içərisində ən yüksək nəticə Ordubad rayonunun məzunlarına məxsusdur. Ordubad rayonunun imtahanda iştirak edən hər 100 məzunundan 69-70 nəfəri ali təhsil müəssisələrinə qəbul olmuşdur.

 

Ali təhsil müəssisələrinə qəbul olan məzunların onların ümumi sayına nisbətdə faizinə görə 2022-ci ildə  də təqdim edilib. Bu göstərici üzrə cari ildə Naxçıvan şəhərinin, Şahbuz, Ordubad və Culfa rayonlarının ümumtəhsil müəssisələri respublikanın digər bölgələrini təmsil edən məktəblərlə müqayisədə çox böyük üstünlüyə malik olub. Məktəbi 2022-ci ildə bitirən hər 100 nəfər məzundan Naxçıvan şəhəri üzrə 62-63-ü, Şahbuz rayonu üzrə 60-61-i, Ordubad rayonu üzrə 58-59-u, Culfa rayonu üzrə 57-58-i ali təhsil müəssisələrinə qəbul olunub.
Qeyd edək ki, muxtar respublikada 2021-2022-ci tədris ili üzrə ümumtəhsil məktəblərini  Heydər Əliyev adına Hərbi lisey də daxil olmaqla 2990 məzun  bitirmiş, onlardan 2848-i  yaxud  95 faizi  qəbul imtahanlarında  iştirak etmiş, 2159-u yəni  76 faizi ali və orta  ixtisas müəssisələrinə  daxil olmuş, 6 məzun prezident təqaüdünə layiq görülmüşdür.
Hazırda 2022-2023-cü tədris ili üzrə qəbul imtahanları yekunlaşıb. I və IV ixtisas qrupu üzrə qəbul imtahanının nəticəsidə  bu yaxınlarda elan ediləcək. Məzunların  ixtisas seçiminə start veriləcək. Ümüdvarıq ki,  bu ildə məzunlarımız  ötən il olduğu kimi, ali  və orta ixtisas  təhsili müəssisələrinə  qəbulda  uğurlu nəticə  qazanacaq, muxtar respublikanın şəhər və rayon təhsil şöbələri qəbul nəticələrinə görə  ölkə birinciliyini qoruyub saxlayacaqlar.


 

  • 1.jpg
  • 2.jpg
  • 3.jpg
  • 4.jpg
  • 5.jpg
  • 6.jpg
  • 7.jpg
  • 8.jpg
  • 10.jpg
  • 11.jpg
  • 12.jpg
  • 13.jpg
  • 14.jpg
  • 15.jpg
  • 16.jpg
  • 17.jpg
  • 18.jpg
  • 19.jpg
  • 20.jpg
  • 21.jpg